Icma.az
close
up
RU
BU ŞƏXSLƏRƏ 6000 MANAT BİRDƏFƏLİK MÜAVİNƏT VERİLƏCƏK Deputat açıqladı + VİDEO

BU ŞƏXSLƏRƏ 6000 MANAT BİRDƏFƏLİK MÜAVİNƏT VERİLƏCƏK Deputat açıqladı + VİDEO

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Deputat Vüqar Bayramov valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı mühüm yeniliyin tətbiq olunduğunu bildirib. 

Hurriyyet.az xəbər verir ki, onun sözlərinə görə, bu kateqoriyadan olan şəxslərə ilk dəfə işə düzələn zaman 6000 manat məbləğində birdəfəlik müavinət veriləcək.

Deputat qeyd edib ki, bu qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanmış sənədə əsasən həyata keçiriləcək. Belə ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişiklik edilmiş və Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası ilə bağlı mexanizm təsdiqlənib.

Vüqar Bayramovun sözlərinə görə, əvvəlki qanunvericiliyə əsasən, bu kateqoriyadan olan şəxslərə orta aylıq əmək haqqının beş misli miqdarında birdəfəlik müavinət (5017,5 manat), eyni zamanda paltar, ayaqqabı və digər zəruri əşyalar əvəzinə 265 manat pul kompensasiyası verilirdi.

“Yeni qərara əsasən isə bu vəsaitlər birləşdirilərək ümumi məbləğ 6000 manata çatdırılıb”, – deyə deputat vurğulayıb.

Bayramov diqqətə çatdırıb ki, bu hüquq yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş şəxslərə şamil olunur və onlar ilk dəfə rəsmi qaydada işə düzəldikdə bu müavinəti almaq hüququ əldə edirlər.

“Müvafiq şəxslər yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, ‘DOST’ mərkəzinə və ya vahid əlaqələndirmə mərkəzlərinə müraciət etməklə bu müavinəti ala bilərlər”, – deyə deputat qeyd edib.

Onun sözlərinə görə, müraciət üçün tələb olunan sənədlərə aşağıdakılar daxildir:

şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin surəti;

əmək kitabçasının surəti;

valideynlərin ölüm haqqında şəhadətnaməsi və ya Ədliyyə Nazirliyinin arayışı.

“Bu vətəndaşlarımız işə düzələndən sonra sadalanan sənədlərlə müraciət etməklə müavinəti almaq hüququna malik olurlar”, – deyə iqtisadçı-deputat əlavə edib.

Eyni zamanda, Vüqar Bayramov əhəmiyyətli bir məqama da toxunub: “Müavinət və sosial dəstək proqramları ilə bağlı məlumatlılığın aşağı səviyyədə olduğunu nəzərə alsaq, bu cür ödənişlərin proaktiv qaydada təyin olunması daha məqsədəuyğundur.” Onun fikrincə, bu, vətəndaşın hər hansı sənəd təqdim etmədən, elektron sistem vasitəsilə müavinət almasını mümkün etməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 İyul 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see129

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see126

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see125

"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03 İyul 2025 01:43see123

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see122

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see122

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

02 İyul 2025 21:50see121

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see121

2000 ci illərin mikro şortları yenidən modaya dönəcək...

03 İyul 2025 01:09see120

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see120

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see120

İzmir meriyasının keçmiş müxalifət işçiləri korrupsiya ittihamı ilə saxlanılıb

03 İyul 2025 07:40see118

Abşeron rayonunda güclü yanğın Onlarla hektar ərazi alov içindədir (VİDEO) KONKRET

02 İyul 2025 23:48see118

Meladzenin Yurmala konsertində qalmaqal olub

03 İyul 2025 08:23see118

31 il ötdü...

03 İyul 2025 07:57see117

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see117

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see117

Qalatasaray İnter in qapıçısıçı istəyir

03 İyul 2025 00:32see116

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see115

Bu ölkədə kökəlməyə qarşı cərimələr başlanır

03 İyul 2025 07:51see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri