Icma.az
close
up
RU
Şizofreniyadan qoruyan beyin hüceyrələri yaradılıb

Şizofreniyadan qoruyan beyin hüceyrələri yaradılıb

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsveçin Lund Universitetinin alimləri əlavə beyin hüceyrələrini şizofreniya və epilepsiya zamanı adətən zəifləmiş tormozlayıcı sistemin əsas elementlərinə çevirməyə nail olublar.

Moderator.az xəbər verir ki, araşdırmanın nəticələri "Science Advances" jurnalında dərc olunub.

Söhbət parvalbumin neyronlarından gedir. Bu hüceyrələr beyində həyəcan və tormozlanma balansının qorunmasında mühüm rol oynayır. Onlar neyron şəbəkələrində həddindən artıq aktivliyin qarşısını sürətlə alır, beynin koordinasiyalı və ritmik fəaliyyətini təmin edirlər. Bu neyronların fəaliyyətinin pozulması və ya sayının azalması şizofreniya, epilepsiya və digər nevroloji xəstəliklərin inkişafı ilə əlaqələndirilir.

Əsas çətinlik ondan ibarətdir ki, parvalbumin neyronları rüşeym dövründə beynin inkişafının daha gec mərhələlərində formalaşır. Bu səbəbdən onların laboratoriya şəraitində, o cümlədən kök hüceyrələrdən istifadə etməklə əldə edilməsi olduqca çətindir.

İsveçli alimlər bu problemin həlli üçün alternativ yanaşma təklif ediblər - qlial hüceyrələrin birbaşa yenidən proqramlaşdırılması. Qlial hüceyrələr normalda neyronların qidalanması, qorunması və beyin toxumasının strukturunun saxlanılması kimi dəstək funksiyalarını yerinə yetirir.

Yeni metod glial hüceyrələrin "taleyini" dəyişən xüsusi genlər dəstinin aktivləşdirilməsinə əsaslanır. Bu genlər hüceyrənin parvalbumin neyronuna çevrilməsini təmin edir. Beləliklə, kök hüceyrə mərhələsi ötürülür və proses xeyli sürətlənir.

Tədqiqatın rəhbəri Rylander Ottosson bildirib:

"Xüsusi genləri aktivləşdirməklə biz kök hüceyrələrdən istifadə etmədən glial hüceyrələri parvalbumin neyronlarına çevirməyə nail oluruq. Ümid edirik ki, aşkar etdiyimiz yeni genlər vasitəsilə bu metodu daha da təkmilləşdirəcəyik".

Alimlərin fikrincə, bu üsul yaxın gələcəkdə şizofreniya və epilepsiyanın mexanizmlərini öyrənmək üçün xəstələrdən götürülmüş hüceyrələr əsasında laboratoriya modellərinin yaradılmasına imkan verəcək. Daha uzunmüddətli perspektivdə isə itirilmiş və ya zədələnmiş neyronların birbaşa beyində əvəzlənməsinə yönəlmiş hüceyrə terapiyasının əsasını təşkil edə bilər. /Oxu.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Yanvar 2026 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri