Bu şəxslərə pensiya verilməsi DAYANDIRILACAQ XƏBƏRDARLIQ
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Azərbaycanda vətəndaşlara təyin olunmuş əmək pensiyalarının yalnız müəyyən hallarda dayandırılması və ya ləğv edilməsi mümkündür. Bu, əsasən pensiya təyinatı zamanı qanunvericiliyin tələblərinin pozulması aşkarlandıqda həyata keçirilir.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, pensiya təyinatı zamanı müəyyən edilmiş qaydalar pozulduğu halda bu ödənişlərin dayandırılması mümkündür:
“Ölkədə əmək pensiyalarının üç əsas növü mövcuddur: yaşa görə, əlilliyə görə və valideynlərini itirməyə görə əmək pensiyası. Yaşa görə əmək pensiyası alan şəxslərin ödənişləri ləğv edilmir, yalnız qanun pozuntusu aşkarlandığı hallarda artıq ödənilmiş məbləğlər geri qaytarılır.
Əlilliyə və valideynlərini itirməyə görə təyin olunan pensiyalar isə qanunvericiliyə uyğun olaraq tənzimlənir. Əgər pensiya təyinatı zamanı müəyyən edilmiş qaydalar pozulubsa, bu ödənişlərin dayandırılması mümkündür”, - deyə o bildirib.
Millət vəkili həmçinin vurğulayıb ki, pensiya sisteminin şəffaflığı və qanunvericiliyə uyğunluğunun təmin olunması üçün müvafiq yoxlamalar mütəmadi olaraq aparılır.
Baxış sayı:49
Bu xəbər 14 Avqust 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















