Bu şəxslərə şad xəbər: xüsusi kartlarla güzəştlər olacaq
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda müəllimlər üçün gələn ildən etibarən bir çox güzəştlərin tətbiq edilməsi nəzərdə tutulub.
Milli.Az xəbər verir ki, bəzi müəllimlərə xüsusi güzəştli təhsil kartları təqdim olunacaq.
Təhsildə fərqlənən müəllimlər əldə etdiyi xüsusi kartlar vasitəsilə bir çox güzəştlər əldə edəcəklər.
Hazırda dünyanın bir çox ölkəsində müəllimlər üçün xüsusi güzəştli təhsil kartları mövcuddur. Bu kartlar, müəllimlərin peşəkar və şəxsi həyatlarını asanlaşdırmaq məqsədilə müxtəlif sahələrdə endirim və imtiyazlar təqdim edir. Bu kart vasitəsilə müəllimlər nəqliyyat, yaşayış, muzey, teatr və digər mədəniyyət obyektlərində endirimlərdən yararlana bilərlər.
Azərbaycanda da müəllimlərin nəqliyyat, səhiyyə, mədəniyyət obyektlərinə giriş və alış-veriş sahələrində endirimlərdən istifadə edə bilmələri üçün işlər aparılır. Bu istiqamətdə ölkənin aparıcı banklardan biri ilə görüş də keçirilib. Görüş zamanı hansı müəllimlərin müəyyənləşəcək güzəştlərdən istifadə edəcəyi müzakirə olunub.
Mövzu ilə bağlı Təhsilin İnkişafı Fonduna müraciət edilib.Qurumun mətbuat xidmətindən cavab olaraq bildirdi ki, bu istiqamətdə işlər görülür:
"Yaxın gələcəkdə müəllimlər üçün təhsil kartlarının yaradılması istiqamətində müvafiq addımlar atılacaq. İlk olaraq bir neçə ay ərzində geniş araşdırma aparılacaqdır". /Baku.ws
Milli.Az
Baxış sayı:61
Bu xəbər 23 Dekabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















