Icma.az
close
up
RU
Bu şəxslərin pensiya kapitalı çox aşağı hesablanır

Bu şəxslərin pensiya kapitalı çox aşağı hesablanır

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sovet dövründə işləyən minlərlə vətəndaşın pensiya kapitalı bu gün çox aşağı hesablanır və bu problem sosial narazılıq doğurmaqdadır. Vətəndaşlar bildirirlər ki, təyinatla işlədikləri illərin dəyəri pensiya sistemində nəzərə alınmır və cəmi bir neçə manat hesablanması ədalətsizdir.

Sosial şəbəkələrdə bu mövzu davamlı şəkildə şikayət və çağırış formasında gündəmə gətirilir. İnsanlar bu məsələnin Milli Məclisdə yenidən müzakirə olunmasını və sovet dövrü kapitalının indeksasiyasına baxılmasını tələb edirlər.

Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Elşad Musayev Yenisabah.az-a açıqlamasında bildirib ki, bu istiqamətdə artıq qanunvericilikdə dəyişiklik edilib:

“Artıq qanunvericilikdə dəyişiklik edilib. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununu var. Bu məsələ bir müddət əvvəl müzakirə olunub. Artıq hesablama forması müəyyən edilib.

Nə bu məsələnin indi Milli Məclisə çıxarılması, müzakirə edilməsi, nə də qanunda dəyişiklik edilməsi gözlənilir.

Bu məsələ niyə yenidən gündəmə gəlib, bilmirəm. Mən də çox istərdim ki, sovet dövründə çalışan minlərlə vətəndaşın pensiya kapitalı daha yüksək məbləğlərlə hesablan­sın”.

Komitə rəsmisi əlavə edib ki, vətəndaşların pensiya kapitalının artırılması üçün müzakirələr aparılsa da, hökumət nümayəndələri mövqelərini belə əsaslandırıblar:

“Bu məsələ dəfələrlə Milli Məclisdə müzakirə olunub, hökumət nümayəndələri ilə danışıqlar aparılıb. Onlar məsələni belə əsaslandırıblar ki, nə qədər vəsait yığılıbsa, həmin məbləğ əsasında hesablamalar aparılıb. Xülasə, hökumət nümayəndələri məsələni bu şəkildə əsaslandırırlar. Artıq bununla bağlı qanun da qəbul edilib və normativ sənədlər təsdiqlənib.

Vətəndaşlar bilmək istəyirlər ki, bu məsələ yenidən Milli Məclisdə müzakirə oluna bilərmi? Bu isə gözlənilmir, belə bir məsələ nəzərdə tutulmayıb”.

O, qeyd edib ki, dövlət büdcəsi haqqında qanun layihəsi artıq qəbul edildiyi üçün yaxın vaxtlarda bu məsələyə yenidən qayıdılması gözlənilmir:

“Bilirsiniz ki, 2026-cı ilin büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edildi. Ona görə də Sovet dövründə çalışan vətəndaşların pensiya kapitalının artırılması və müzakirəsi gözlənilmir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 21 Noyabr 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see201

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see182

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see172

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see168

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see142

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see136

ABŞ ın Venesuelada irimiqyaslı əməliyyat keçirəcək

04 Yanvar 2026 08:59see129

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri