Icma.az
close
up
RU
Maduro və həyat yoldaşı bu həbsxanada saxlanılır “El Çapo”, “Diddi” ilə eyni ünvan...

Maduro və həyat yoldaşı bu həbsxanada saxlanılır “El Çapo”, “Diddi” ilə eyni ünvan...

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin Nyu-Yorkdakı yeni saxlanma ünvanı olan Metropolitan Saxlama Mərkəzi (“MDC Brooklyn”) “yüksək profilli işlər üçün gözləmə otağı” kimi tanınır.

“Qafqazinfo” xəbər verir ki, müəssisə narkotik baronlarından tutmuş qlobal miqyasda tanınan simalara qədər bir çox məşhur adın saxlanılması ilə diqqət çəkir.

“MDC Brooklyn”in keçmiş və indiki məhbusları arasında əfsanəvi narkotik baronu, “El Çapo” kimi tanınan Xoakin Quzman, Sinaloa kartelinin qurucularından “El Mayo” kimi tanınan İsmael Zambada Qarsiya, cinsi cinayətlərdə məhkum edilmiş R.Kelli və mübahisəli prodüser Şon “Diddi” Kombs kimi tanınmış şəxslər yer alır.

Burada saxlanılan və ya saxlanılmış digər diqqətçəkən adlar arasında Epşteyn işi ilə tanınan Qisleyn Maksvell, eləcə də, “UnitedHealthcare” şirkətinin baş direktoruna qarşı sui-qəsddə şübhəli bilinən Luigi Mangione də var.

Maduro və Siliya Flores təhlükəsizlik səbəbilə digər məhbuslardan təcrid olunmuş xüsusi kameralarda ayrı-ayrılıqda saxlanılır. Müəssisə ətrafında ağır silahlanmış hüquq-mühafizə orqanlarının fasiləsiz patrul xidməti həyata keçirilir.

1994-cü ildən fəaliyyət göstərən “MDC Brooklyn” ABŞ federal məhkəmə sistemi çərçivəsində xüsusilə beynəlxalq əhəmiyyət daşıyan və yüksək təhlükəsizlik riski olan şəxslərin saxlanıldığı əsas mərkəzlərdən biri hesab olunur. Müəssisənin sərt və bəzən tənqid olunan şəraitinə baxmayaraq, qaçışın faktiki olaraq mümkünsüz olması onu bu tip məhbuslar üçün əsas saxlanma yerinə çevirir.

Federal Həbsxanalar Bürosunun qaydalarına əsasən, yüksək profilli məhbuslar bir-biri ilə təmasda olmur və tam təcrid edilmiş ayrıca bloklarda saxlanılır. Bu səbəbdən Maduro və Floresin müəssisədəki digər məşhur məhbuslarla hər hansı əlaqəsinin olmadığı bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:357
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Yanvar 2026 07:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see387

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see365

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see352

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see314

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see293

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see275

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see264

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see262

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see259

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see254

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see238

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see238

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see237

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see231

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see226

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see206

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see206

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see203

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri