Icma.az
close
up
RU
Bu şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək

Bu şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

İşğaldan azad olunmuş ərazilərdə ödənişli əsaslarla təhsil alan şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik olunur.

Hurriyyet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında” və "Peşə təhsili haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Qeyd edilib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamlarından irəli gələn tələblərin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” təsdiq edilib. Sözügedən Tədbirlər Planına əsasən həmin ərazilərdə məskunlaşan əhaliyə münasibətdə peşə hazırlığının və tədrisinin təşkili ilə bağlı 2024-2026-cı illər ərzində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Təqdim olunan qanun layihəsi də işğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi və zəruri kadr potensialının formalaşdırılması sahəsində həyata keçiriləcək tədbirlərdən biri kimi həmin ərazilərin iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsilinin stimullaşdırılması məqsədilə hazırlanıb.

Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən işğaldan azad edilən ərazilərdə məskunlaşması nəzərdə tutulan əhaliyə münasibətdə peşə təhsili üzrə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinə dair hər hansı normativ tənzimləmə mövcud deyil.

Layihənin qəbulu nəticəsində işğaldan azad edilmiş ərazilərində məskunlaşmış Azərbaycan Respublikası vətəndaşlarının təhsil haqlarının dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təmin edən hüquqi mexanizm formalaşdırılmış olacaq.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Qaynarinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 Aprel 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see527

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see347

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see290

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see234

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see169

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see151

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see147

Polşa kritik infrastrukturun mühafizəsi üçün 10 000 hərbçi ayıracaq

19 Noyabr 2025 18:24see146

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see145

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see143

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see142

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see139

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see138

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see138

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see136

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see136

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see135

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see135

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see132

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri