Bu şirkət sonu “33 manat” ilə bitən tenderlərin qalib olur?
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “7GÜL” MMC (VÖEN – 1703068701) olub.
Mədəniyyət Nazirliyi tədbirlər, festivallar, təltiflər və digər əlamətdar günlər üçün güllərin və əklillərin satınalınması üçün “7GÜL” MMC-yə 177 min 733 manat 96 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “7GÜL” MMC 3 iyun 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Məcid Nəsimi oğludur.
Onu da qeyd edək ki, “7GÜL” MMC-nin qalib olduğu tender müsabiqələrinin əksəriyyətində ayrılan məbləğin sonu “33” rəqəmi ilə bitir.
“7GÜL” MMC-nin son 2 ildə qalib olduğu müsabiqələrdə tender məbləği aşağıdakı kimi olub:
14.06.2024-ci ildə Mədəniyyət Nazirliyindən 133 033 manat 20 qəpik;
08.10.2024-ci ildə Dövlət Radiotezliklər İdarəsidən 100 333 manat 4 qəpik;
13.11.2025-ci ildə Mədəniyyət Nazirliyindən 247 733 manat 92 qəpik;
24.09.2026-cı ildə Dövlət Radiotezliklər İdarəsidən 68 333 manat 80 qəpik;
30.09.2026-cı ildə Mədəniyyət Nazirliyindən 177 733 manat 96 qəpik.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Milyonluq tenderlərin qalibi olmuş məşhur şirkət bağlandı
18 Avqust 2026 12:44
Bu şirkət 20 min manat cərimə edilib SƏBƏB
09 Dekabr 2024 17:33
Azərbaycanda bu şirkət 20 min manat cərimələndi SƏBƏB
11 Dekabr 2024 16:14
Bu şirkət nizamnamə kapitalını 14,6 milyon manat azaldıb
24 Dekabr 2025 11:41
Baxış sayı:103
Bu xəbər 30 Sentyabr 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















