Icma.az
close
up
RU
Bu şirkətlər insanları aldadırlar DİN dən xəbərdarlıq

Bu şirkətlər insanları aldadırlar DİN dən xəbərdarlıq

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Sosial şəbəkələrdə vətəndaşları məşhur türk seriallarında aktyor kimi işə dəvət edən şirkətlər çoxalıb.

Bu şirkətlərə internet üzərindən müraciət etmək mümkündür. Daha sonra həmin media şirkəti vətəndaşı müsahibəyə dəvət edir, işlərini və planlarını təqdim edir. Şəxs əməkdaşlıq etmək istədiyi təqdirdə ona müəyyən qədər məbləği (adətən 20-30 manat) ödəyərək müqavilə imzalamalı olduğu, bununla da onun sənədlərinin Türkiyədəki məlumat bazasına göndəriləcəyi bildirilir. Yəni lazım olduğu halda həmin şəxs həm də qardaş ölkədə çəkiləcək yeni serial və filmlərdə rol ala bilsin. Eyni zamanda aktyorluqla bağlı bütün detalların məşhur aktyorlar – müəllimlər tərəfindən öyrədiləcəyi də qeyd olunur.

Növbəti mərhələdə müqaviləni imzalayan şəxs həmin ustad heyətinin qarşısında sınaqdan keçirilir. Əksər hallarda onların aktyorluq qabiliyyətinin yetərli olmadığı, təlimlərə cəlb olunmalarının vacibiyyəti vurğulanır. Təbii ki, bu dərslərə qatılmaq üçün pul tələb olunur. Halbuki bu vaxtacan dərslərin ödənişli olacağı qeyd olunmamışdı.

Təəssüflər olsun ki, həvəs ucbatından bu cür dələduzların qurbanı olan vətəndaşların sayı az deyil.

Bəs həmin şirkətlərə qarşı polis hansı tədbirləri görür?

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə işə qəbulla bağlı saxta elanlarla insanları aldadan və onların pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı daxil olmuş müraciətlər araşdırılır. Vətəndaşları narahat edən hüquqpozmalara qarşı tədbirlər görülür:

“Naməlum şəxslər vətəndaşlarla əlaqə saxlayaraq hər bir şəxsdən işə qəbulla bağlı müraciətin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun köçürülməsini istəyirlər. Həmin məbləği nağdlaşdırdıqdan sonraisə zərərçəkənlərin əlaqə nömrələrini bloklayırlar. Bir daha vətəndaşlara tövsiyə edilir ki, elan saytlarında yerləşdirilən məlumatlara münasibətdə diqqətli olsunlar, onlayn ödənişlər etməsinlər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 28 Yanvar 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri