Icma.az
close
up
RU
Bu smartfonlar bahalaşacaq

Bu smartfonlar bahalaşacaq

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nothing şirkətinin qurucusu Karl Pey 2026-cı ildə smartfon bazarında əsaslı dəyişiklik olacağını və bunun cihazların pərakəndə qiymətlərinin ciddi şəkildə artmasına səbəb olacağını bildirib.

Lent.az xəbər edir ki, o, mövqeyini şirkətin X sosial şəbəkəsindəki (əvvəlki Twitter) rəsmi səhifəsində yayımladığı geniş açıqlamada təqdim edib. Pey qeyd edir ki, uzun illər ərzində əsas komponentlərin, xüsusilə də operativ yaddaş və fləş yaddaş modullarının ucuzlaşması tendensiyası artıq tamamilə dayanıb. Onun sözlərinə görə, bunun əsas səbəbi süni intellekt sənayesinin yaddaşa olan kəskin tələbatıdır. Artıq İİ serverləri istehlak elektronikası istehsalçıları ilə eyni resurslar uğrunda rəqabət aparır. Peyin qiymətləndirməsinə görə, bir il əvvəl 20 dollardan ucuz olan bəzi yaddaş modullarının qiyməti 2026-cı ilin sonuna qədər ən üst modellər üçün 100 dolları keçə bilər.

Belə xərclər artımı brendləri çətin seçim qarşısında qoyur.

“İndi şirkətlər seçim etməli olacaq: ya qiymətləri bəzi hallarda 30% və daha çox artırmaq, ya da cihazların texniki göstəricilərini azaltmaq”, - deyə Karl Pey vurğulayıb. O proqnozlaşdırır ki, xüsusilə giriş və orta seqment daha çox zərər görəcək və bu bazar hissələri 20%-dən çox darala bilər. Nothing rəhbəri hesab edir ki, bu vəziyyət “xüsusiyyət yarışının” sonu olacaq. Yəni marketinqin daimi olaraq texniki göstəricilərin artırılması üzərində qurulduğu dövr bitəcək. Yeni şəraitdə, onun fikrincə, əsas fərqləndirici amil ümumi istifadəçi təcrübəsi, dizayn və proqram təminatının keyfiyyəti olacaq. İlk gündən məhz bu məqamlara fokuslanan Nothing şirkəti üçün yaranmış böhran “əla bir fürsət” hesab olunur. Karl Peyin proqnozları digər analitiklərin fikirləri ilə də üst-üstə düşür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Yanvar 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see319

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see310

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see263

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see257

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see256

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see241

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see235

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see232

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see214

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see214

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see210

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see208

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see207

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see204

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see201

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see201

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see200

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see182

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri