Bu şokoladlar yığışdırıldı
News24 saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Qida və Dərman İdarəsi (FDA), ciddi sağlamlıq risklərinə səbəb ola biləcək bir şokolad məhsulu barədə ictimaiyyəti rəsmi şəkildə xəbərdar edib.
News24.az xəbər verir ki, Miçiqan ştatında yerləşən "Lipari Foods" şirkəti, "JLM" markasına aid 14 unsiya (təxminən 400 qram) tünd şokolad "Nonpareils” məhsulunun süd tərkibli ola biləcəyi səbəbilə ölkə üzrə geri çağırılmasına qərar verib.
Məhsulun üzərində süd olduğu barədə heç bir xəbərdarlıq yer almayıb. Bu səbəbdən "Weaver Nut Company" məsələ ilə bağlı açıqlama verib və riskli partiyaların bazar dövriyyəsindən çıxarılması prosesinə başlayıb.
FDA, süd allergiyası olan şəxslərin bu məhsulu istifadə etməməli olduğunu, əgər alınıbsa məhsulun məhv edilməsi və ya mağazaya qaytarılması lazım olduğunu açıqlayıb.
Günel Məlikzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 21 İyun 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















