Icma.az
close
up
RU
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır

Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır

Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Keçən il yaşanan tarixi bahalaşmadan sonra, kakao qiymətlərində 1960-cı ildən bəri ən sərt illik eniş baş verməkdədir. Lakin bu vəziyyət market rəflərindəki şokolad qiymətlərinin yaxın zamanda düşəcəyi anlamına gəlmir. Marja.az Bloomberg-ə istinadən xəbər verir ki, mütəxəssislər kakaodakı bu ucuzlaşmanın istehlakçıya əks olunması üçün ən tez 2026-cı ilin ikinci yarısına qədər gözləmək lazım gəldiyini bildirirlər.

Dünya kakao tədarükünün yarıdan çoxunu təmin edən Fil Dişi Sahili və Qanada əlverişsiz hava şəraiti və xəstəliklər ötən il qiymətlərin 1 ton üçün 13 min dollara yüksəldərək rekord həddə çatmasına səbəb olmuşdu. Məhsul yığımına dair gözləntilərin yaxşılaşması və tələbin zəifləməsi ilə birlikdə qiymətlər bu il təxminən 50 faiz geriləyib. Bu eniş, sektor üzrə qeydiyyatın aparılmağa başladığı son 60 ilin ən böyük illik ucuzlaşması kimi tarixə düşməyə namizəd görünür.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstehsalçılar yüksək maya dəyərli ehtiyatlardan istifadə edirlər

Qiymətlərdəki bu geriləməyə baxmayaraq, pərakəndə satış qiymətlərinin enməməsinin arxasında bir neçə əsas səbəb var. "Marex Group"dan Conatan Parkman bildirir ki, şokolad sənayesi hazırda hələ də yüksək qiymətlərlə alınmış kakao ilə işləyir və bu mərhələnin arxada qalması zaman tələb edir. Məsələn, Almaniyanın köklü şirniyyat istehsalçılarından olan "Lambertz" qiymətlərin ən yüksək olduğu dövrdə kakao ehtiyatlarını təmin etdiyi üçün əlindəki kakaonun 2026-cı ilin ortalarına qədər kifayət edəcəyini qeyd edir.

Xərclərin artdığı dövrdə istehsalçılar təkcə qiymətləri qaldırmaqla kifayətlənməyib, eyni zamanda reseptlərdə geri dönüşü çətin olan dəyişikliklər də ediblər. Böyük qida nəhənglərindən butik şokolad istehsalçılarına qədər bütün sektorun mənfəət–zərər balansını qurmağa çalışdığı bu dövrdə pərakəndə satış qiymətlərində sürətli endirim gözlənilmir. Qiymət artımları səbəbindən büdcəsi məhdudlaşan istehlakçılar, şokoladın nə vaxt yenidən “əlçatan qiymətli” bir zövq olacağını gözləməyə davam edəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://marja.az
archiveBu xəbər 21 Dekabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri