Bu sürücü harada gəldi drift edib qəza təhlükəsi yaradır VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakı və Sumqayıtda qaydaları kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 99-TH-446 dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü yolda sərt manevrlər edib. Belə ki, qəfil sağa manevr edən sürücü ondan öndə olan “Toyota Prius” markalı maşına qəza şəraiti yaradıb.
Müxtəlif vaxtlarda qeydə alınmış digər görüntülərdə isə sürücü maşın yolunda və yaşayış zonasında avtomobili dəfələrlə fırladaraq drift edib. Bu zaman o, özü və maşında olan sərnişinlə yanaşı ərazidən keçən sürücüləri də təhlükəyə atıb. Bununla kifayətlənməyən sürücü qarlı havada da avtomobili maşını gah sağa, gah da sola sürərək qəza riskinə səbəb olub.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 25 Fevral 2025 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















