Bu tarixdə Ay qırmızıya bürünəcək NADİR HADİSƏ
Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Martın 14-də baş verəcək nadir Ay tutulması zamanı Ay diski tamamilə qırmızı rəngə çalacaq.
Astronomlar bildirir ki, Bakı vaxtı ilə saat 10:59-da tutulmanın maksimum mərhələsi başlayacaq və bu anda Ay qırmızı rəngə boyanacaq.
Moskva Planetariumunun mütəxəssislərinin “TASS”a verdiyi açıqlamada vurğulanıb ki, Ayın tam tutulması zamanı onun görünüşü atmosferin vəziyyətindən asılı olaraq dəyişə bilər. Qırmızılaşma boz-qəhvəyidən tutmuş narıncı çalarlara qədər dəyişəcək və bu nadir mənzərə bir saatdan çox davam edəcək.
Elm adamları bildirir ki, Ayın bu cür intensiv rəng alması onun Yerin kölgəsinə tam girməsi ilə əlaqədardır./Musavat.com

“Qara Ay” adlanan nadir astroloji hadisə baş verib
31 Dekabr 2024 09:51
Dekabrın 31də “Qara Ay” “doğacaq” Bu nadir hadisə necə baş verəcək?
30 Dekabr 2024 18:03
Bu gün nadir görünən HADİSƏ YAŞANACAQ
28 Fevral 2025 14:29
NASA dan xəbərdarlıq: Bu tarixdə nadir astronomik hadisə baş verəcək FOTO
25 Aprel 2025 00:54
Bu gün nadir astronomik hadisə baş verəcək
15 Aprel 2025 08:05

