Bu tarixlərdə geomaqnit qasırğası GÖZLƏNİLİR
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Mənfi qütblü tac dəliyi axınlarının və tac kütlə atılmalarının (TKA) təsiri ilə 2-3 iyun tarixlərində G1 (zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir.
Bu barədə Redaktor.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, 1-7 iyun tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 90%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta və yüksək səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
Günəş küləyinin mayın son günlərində baş vermiş TKA-nın təsiri ilə yenidən normadan yüksək olacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-40%, orta geomaqnit enliklərdə isə 30-1%-dir.
Baxış sayı:178
Bu xəbər 01 İyun 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















