Bu tarixlərdə geomaqnit qasırğası gözlənilir
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sentyabrın birindən üçünə qədər zəif (G1) və güclü (G3) geomaqnit qasırğası gözlənilir.
Bu barədə BAKU.WS-ə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, əgər sonradan gələn digər tac kütlə atılmasının (TKA) da təsir əlavə olunarsa, qasırğanın G4 (şiddətli) səviyyəsinə yüksəlməsi ehtimalı var.

