“Bu təşkilata maraq göstərən ölkələr arasında Azərbaycan da var”
Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Hindistanda sentyabrın 12 və 13-də BRICS təşkilatının zirvə toplantısı keçiriləcək. Təşkilatı 5 ölkə (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təsis etsə də, hazırda BRİCS yeni üzvlər hesabına genişlənmə mərhələsindədir. 2006-cı ildə yaradılan BRICS-in hazırda 10 üzvü var. Genişlənmə təşkilata geniş coğrafi əhatə dairəsi, daha böyük demoqrafik və iqtisadi çəki və çoxqütblü dünyanın formalaşmasında daha güclü iddia qazandırıb. Şanxay Əməkdaşlıq Təşkilatında üzvlərlə yanaşı tərəfdaş olkələr olduğu kimi, BRİCS-in də oxşar modeli var. Söhbət BRICS+ formatından gedir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, təşkilatın təsisçiləri özlərinə yaxın dövlətlər tərəfdaş qismində görmək istəyirlər:
“Misal üçün yeni üzvlərlə bağlı Çin və Rusiyanın maraqları Hindistanın maraqlarından fərqlənə bilər. Eyni zamanda Yeni Dehli Moskva və Pekindən fərqli olaraq BRİCS-in anti-ABŞ və anti-Qərb platformasına çevrilməsinin əleyhinədir. Hindistan ABŞ, Avropa İttifaqı və Yaponiya ilə strateji tərəfdaşlığı dərinləşdirməyə çalışır. Bununla yanaşı BRİCS Qlobal Cənub ideyasından çıxış edərək Yaxın Şərq, Afrika, Asiya ölkələrini də əməkdaşlığa cəlb etməyi hədəfləyib. Bu dövlətlərin bir qismi özlərini nə Qərb, nə də Çin düşərgəsinə aid edirlər”.
O, bildirib ki, BRICS+ platforması üzvlüyə və tərəfdaşlığa çalışan dövlətlərə strateji muxtariyyət, çoxqütblülük, suveren bərabərlik, çoxtərəflilik kimi daha geniş təmsilçilik verməlidir:
“Qlobal Cənub diplomatiyası texnologiyalara çıxış, ərzaq və enerji təhlükəsizliyi, davamlı təchizat zəncirləri və rəqəmsal ictimai infrastruktur məsələləri üzrə platforma təmin etməyi qarşısına məqsəd qoyub. Misal üçün Birləşmiş Ərəb Əmirliklərləri şaxələndirilmiş tərəfdaşlığa, İndoneziya təşkilat çərçivəsində muxtariyyətə üstünlük verir. BRICS nə qədər böyük olarsa, Pekin və Moskva üçün ona tək bir geosiyasi kimlik tətbiq etmək çətinləşəcək. Yeni Dehlinin əsas məqsədi BRICS+ formatını rəqabət aparan bloklar əvəzinə çoxsaylı muxtariyyətlərin koalisiyasına çevirməkdən ibarətdir”.
E.Şahinoğlu deyib ki, buna baxmayaraq, Çinin artan iqtisadi gücü bu ölkənin cazibəsini artırıb:
“BRICS+ ölkələri Çinlə daha dərin ticarət əlaqələrə üstünlük verməklə yanaşı, Pekinin daha böyük kredit vermə qabiliyyətindən faydalanmaq istəyirlər. Hindistan isə təşkilat çərçivəsində tərəfdaş ölkələrlə ikitərəfli əlaqələri gücləndirməyə çalışacaq. Təşkilatın digər üzvü olan Rusiyanın da Çinin iqtisadi gücü ilə rəqabət aparması mümkün deyil. Bu səbəbdən Moskva Yeni Dehlinin təşkilat çərçivəsində çoxqütblülük konsepsiyasının əleyhinə çıxmayacaq. BRİCS-də Rusiyanı müstəqil güc mərkəzi kimi saxlamaq Hindistan üçün strateji əhəmiyyətə malikdir. Hindistanın vəzifəsi Rusiyanın Qərblə qarşıdurmasının BRICS-in təşkilati prinsipinə çevrilməsinə imkan verməməkdir”.
Politoloq bildirib ki, təşkilata maraq göstərən ölkələr arasında Azərbaycan da var:
“İki il əvvəl Rusiyanın Kazan şəhərində keçirilən sammitə Prezident İlham Əliyev də iştirak edib. Azərbaycanın təşkilata üzvlüklə bağlı müraciəti mövcuddur. BRİCS-ə üzv olmaq üçün təşkilatdakı ölkələrin yekdil qərarı lazımdır. Bu baxımdan Hindistanın qərarı əhəmiyyət kəsb edəcək. İlham Əliyevin bu ayın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatının Bişkəkdə keçirilən zirvə toplantısında ilk dəfə Hindistanın baş naziri Narendra Modi ilə fikir mübadiləsi aparması ölkəmizin gələcəkdə BRİCS-ə yolunu aça bilər. Birincisi, Hindistan təşkilatın genişləndirilmiş üzvlərinin institusionallaşdırılması və qlobal inkişaf üçün əsl qüvvəyə çevrilməsinə çalışır. İkincisi, Hindistan təşkilatın anti-Qərb blokuna çevrilməsinin əleyhinədir. Azərbaycan hər iki meyara cavab verir”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 10 Sentyabr 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















