Icma.az
close
up
RU
Bu toyuqları almayın AÇIQLAMA

Bu toyuqları almayın AÇIQLAMA

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Toyuq əti Azərbaycanda ən çox istehlak olunan qida məhsullarından biridir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi hallarda toyuq əti sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Milli.Az xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssisi Ağa Salmanovun sözlərinə görə, risk əsasən istehsal, saxlanma və bişirilmə mərhələlərində yaranır:

"Tarixi keçmiş məhsullar, açıq havada saxlanılan toyuq əti və yarımçıq bişirmə ən çox rast gəlinən problemlər sırasındadır. Bu hallarda toyuq əti "salmonella" və "campylobacter" kimi təhlükəli bakteriyaların daşıyıcısına çevrilə bilər".

Ekspert bildirir ki, toyuq əti tez xarab olan məhsuldur və +2, +4 dərəcə temperaturda saxlanmalıdır. Onun sözlərinə görə, bəzi satış məntəqələrində məhsul saatlarla açıq havada qalır, daha sonra yenidən soyuducuya yerləşdirilir ki, bu da bakteriyaların sürətlə çoxalmasına səbəb olur.

Mütəxəssis qeyd edir ki, istehlakçılar çox zaman toyuğun rənginə və qoxusuna aldanırlar, lakin bu, təhlükəsizliyin göstəricisi deyil. Bakteriyalar hər zaman gözlə görünmür və məhsul normal görünsə belə, sağlamlıq üçün risk daşıya bilər.

Həkim-infeksionist Mədinə Abdullayevanın sözlərinə görə, yarımçıq bişmiş toyuq əti qəbul edildikdən sonra 6-24 saat ərzində ürəkbulanma, qusma, ishal, qarın ağrısı və yüksək hərarət müşahidə oluna bilər. Bu əlamətlər əsasən salmonella infeksiyasına işarə edir.

Həkim qeyd edir ki, uşaqlar, yaşlılar, hamilə qadınlar və immun sistemi zəif olan şəxslər risk qrupuna daxildir. Bu kateqoriyadan olan insanlarda zəhərlənmə daha ağır keçir, bəzən susuzlaşma və ağır infeksiya səbəbindən xəstəxana şəraitində müalicə tələb olunur.

Həkim valideynlərə xüsusi xəbərdarlıq edərək bildirir ki, azyaşlı uşaqlara verilən toyuq əti mütləq yaxşı bişmiş olmalı, içi çəhrayı və ya qanlı qalmamalıdır.

Mütəxəssislər vətəndaşlara toyuq ətini yalnız rəsmi satış nöqtələrindən almağı, çiy toyuğu digər qidalardan ayrı saxlamağı, bişirmə zamanı ətin tam bişdiyinə əmin olmağı və çiy ətlə təmasdan sonra əlləri və mətbəx alətlərini mütləq yumağı tövsiyə edirlər.

Aysel Əkbər
Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Dekabr 2025 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri