Icma.az
close
up
RU
Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilir? RƏSMİ AÇIQLAMA

Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilir? RƏSMİ AÇIQLAMA

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir".

"Yeni Sabah" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Trend" İnformasiya Agentliyinə və "Xəzər" TV-yə birgə müsahibəsində deyib.

Qoşqar Təhməzlinin sözlərinə görə, Azərbaycanda broyler toyuqlarının intensiv yetişdirilməsi üçün hormonlardan istifadə ilə bağlı iddialar həqiqəti əks etdirmir: Marqarita pizza

"Bəzi hallarda kütləvi informasiya vasitələrində belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Azərbaycanın quşçuluq sənayesində istehsal olunan məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərində problemlər mövcuddur. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu, həqiqəti əks etdirmir. İlk növbədə, qeyd etmək istəyirəm ki, həmin müəssisələr üzərində dövlət nəzarəti həyata keçirilir. İkinci vacib məqam isə ondan ibarətdir ki, qida təhlükəsizliyi qanunvericiliyinin tələblərinə uyğun olaraq yem təhlükəsizliyi üzərində də dövlət nəzarəti təmin edilir. Hormonlarla yanaşı, quşların yemində və içməli suyunda antibiotiklərin tətbiqi məsələsi də vaxtaşırı gündəmə gəlir. Bu baxımdan bizim irəli sürdüyümüz "Vahid Sağlamlıq" konsepsiyasının əsas mahiyyəti ondan ibarətdir ki, yem təhlükəsizliyi təmin olunarsa, bu, eyni zamanda quş əti və yumurtanın da təhlükəsizliyinin təmin olunması deməkdir. Hazırda Azərbaycanda fəaliyyət göstərən bütün quşçuluq təsərrüfatlarında dövlət nəzarəti tərəfimizdən həyata keçirilir".

AQTA sədri açıqlayıb ki, bu günə qədər 100-ə yaxın quşçuluq müəssisələrində 163 dövlət nəzarəti tədbiri həyata keçirilib və 85 halda müxtəlif normativ-hüquqi aktların tələblərinin pozulması halları müəyyən edilib:

"Bununla yanaşı, 300-dən çox laborator ekspertiza aparmışıq. Qətiyyətlə demək istəyirəm ki, aparılan laborator müayinələr zamanı nə quş ətində, nə də yumurtada antibiotik və hormon qalıqlarının aşkarlanması faktı qeydə alınıb".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 İyun 2026 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri