Icma.az
close
up
RU
Bu uşaqlarla ehtiyatla davranın XƏBƏRDARLIQ

Bu uşaqlarla ehtiyatla davranın XƏBƏRDARLIQ

Icma.az bildirir, Manset portalına istinadən.

Hazırda ailələrdə ən aktual problemlərdən biri dünyaya gələn övladın sağlam olmamasıdır. Yeni doğulan uşaqlarda ən çox isə autizm problemi müşahidə olunur.

Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, valideynlər belə uşaqları erkən yaşda necə müəyyən etməlidirlər. Autizmli uşaqlarla necə davranmalı və onların gələcək həyatını necə tənzimləmək lazımdır?

Bu və digər mühüm məsələlərə aydınlıq gətirmək üçün Akademik. M.A. Topçubasov Adına Elmi-Cərrahiyyə Mərkəzinin, Xüsusiləşdirilmiş Angioloji Mərkəzin Klinik Psixoloqu Aytəkin Xanhüseynli ilə əlaqə saxlanılıb.

Həkim açıqlamasında bildirib ki, valideynlər körpələrə erkən yaşdan diqqət yetirməlidirlər.

"Simptomları (əlamətləri) - göz təmasının olmamamsı, streotiplər(təkrarlanan davranışlar), ətraf aləmlə ünsiyyətin olmaması, ətrafda baş verən hadisələrə sanki laqeyd yanaşma (lakin öz maraq dairəsində olan hadisələrə laqeyd yanaşmama), adına reaksiya verməmə, nitq inkişafının olmaması, qida seçiciliyi, müəyyən asılılıq, bir əşyaya bağlanmaq, dəyişiklikləri qəbul etməmə, və. s.

Streotip (təkrarlanan hərəkətlər) dedikdə - pasiyentin sağa-sola yellənməsi, önə-arxaya irəliləyib və geri qayıtması, əllərini tez-tez çırpması, oturduğu yerdə ayaqlarını həddindən çox yelləməsi, barmaqlarını bir-birinə çırpması(və bu zaman əllərinə baxması) , hoppanması, fırlanması, əllərini bir-birinə sıxıb çənə altına doğru birləşdirməsi və. s. nəzərdə tutulur", - deyə Aytəkin Xanhüseynli bildirib.

Psixoloqun sözlərinə görə, bəzən valideynlər övladlarının problemli olduğunu qəbul etmək istəmirlər:

"Müraciət zamanı bildirirlər ki, axı mənim övladımın inkişafı əvvəl normal idi, sonradan bu problemlər oldu.

Bu belə deyil, səbəbini izah edim. Uşaq autizm spektr pozuntusudursa, 1 yaşa kimi valideynə görə, hər şey qaydasında gedir. Çünki o hələ körpəlik dönəminin başlanğıcındadır.

Az da olsa inkişaf-irəliləmə (proqress) gedir. ( iməkləyə, yeriyə bilir və.s) Bu baxımdan uşağın hər bir problemini valideyn sanki onun uşaqlığına aid edir. Düzələcək deyib keçir. Lakin 18-24-36 aylara çatdığı zaman, valideyn övladının digər uşaqlarla fərqliliyini və geri qaldığını hiss edir.

Çünki "Autizm spektr" pozuntusu olan uşaqlarda yaş artdıqca (əgər terapiyalara qatılmazsa) sanki geriləmə-reqressiya gedir.

Bu baxımdan valideyn bu problemləri erkən yaşda problem kimi görmür. Sonrakı yaşlarda bunlar valideynə böyük problem kimi görülür. "Mənim övladım sonradan belə oldu" deyə bildirirlər.

Autizm spektr pozuntusu olan pasiyentlərdə, intellekt ya normal, ya çox zəif, ya da yüksək ola bilər. Ən yüksək intellekt əsasən ASP-nun bir forması olan "Asperger" sindromunda olur".

Diaqnozları necə fərqləndirək?

Həkimin fikrincə, bu simptomları xüsusi müayinələrdən sonra müəyyən etmək mümkündür:

"Ümumiyyətlə yaxşı mütəxəssis diaqnozu dəqiqləşdirmədən öncə pasiyenti EEQ, Lor (Bera testi), nevroloq/psixiatr müayinələri ilə bərabər kompleks müayinələrə yönləndirməlidir. Bunlar müəyyən olduqdan sonra, diaqnoz mərhələsinə keçilə bilər.

PNİL - zamanı uşağın nitqində az da olsa (10-15 və ya daha az, daha çox) söz olur. Reabilitasiyaya qismən tez tabe olur.

Analiz-sintez etmə bacarığı, anlama-qavraması qismən daha güclü olur və streotiplər çoxluğu demək olar ki, yox dərəcəsində olur. (bəzi hallarda heç olmur) Hər bir halda mütləq vaxt itirmədən mütəxəssisə müraciət etmək lazımdır".

"Autizm Spektr" pozuntusu bir uşaqla necə davranmalıdır?

Aytəkin Xanhüseynli deyir ki, autizmli uşaqla mütləq səbrlə davranmaq lazımdır:

"İlkin olaraq bu uşaqlara səbrli, mehriban, müsbət (yüksək) emosiyalarla yaxınlaşmalısınız. Xüsusi qayğıya ehtiyacı olan hər bir uşaq həssas olur. Onlarla mümkün qədər çox zaman keçirmək lazımdır.

Həm bilik və bacarıqları, davranış qaydalarını öyrətmək üçün, həm ətraf aləmlə əlaqə qurmasına kömək etmək üçün, həm də qayğını hiss etməsi üçün onlarla xüsusi qayğı ilə yanaşmaq lazımdır.

Ən əsası bu cür uşaqları necə varsa elə qəbul etmək, heç kəslə müqayisə etməmək lazımdır. Cəmiyyətdə xususi qayğıya ehtiyacı olan uşaqlar, gənclər, yaşlılar fərq qoyulmadan qəbul edilməlidir. Anlayış göstərilməlidir. Heç kim heyatından sığortalanmayıb. Onlarla empatiya (başqa şəxsin yerində özünü təsəvvür etmə) qurmağı bacarmalısınız".

Bəzi mütəxəssislər psixoloji problemi olan bir uşağın gələcəkdə cinayətkar, yaxud özünü təsdiq etməyən şəxs olduğunu deyirlər.

Həkim deyir ki, ümumiyyətlə hazırki dövrdə gənclərdə həddindən artıq qəzəb, stress və aqressiya görülür.

Psixologiyada güclü ruhi həyəcan vəziyyəti mənasına gələn və "affekt" adlandırılan psixoloji bir hal var.

Affekt -insanlarda anidən yaranan güclü, qısamüddətli, emosional bir haldır. Bunu niyə vurğuladım?

Yəni psixoloji problemi olan və ya olmayan (fərq etmir) hər bir şəxs bu affekt dönəmində özünə nəzarəti itirərsə, ətrafa zərər verə bilər.

Beynində kəskin oyanma yarandığı üçün öz davranışlarını itirə bilər və bir hadisə törədə bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 27 Yanvar 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see653

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see595

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see402

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see273

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see272

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see271

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see269

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see264

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see254

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see252

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see250

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see247

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see243

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see234

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see224

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see217

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see212

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see212

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see208

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri