Icma.az
close
up
RU
GUYA MƏN HANSISA SƏNƏDƏ İMZA ATMIŞAM... İmşili sakinini özünün xəbəri olmadan arvadından boşayıblar...

GUYA MƏN HANSISA SƏNƏDƏ İMZA ATMIŞAM... İmşili sakinini özünün xəbəri olmadan arvadından boşayıblar...

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İmişli rayonu, Cəfərli kənd sakini Əliyev İsmayıl Abdulla oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi narazılıq edir:

“Mən, Əliyev İsmayıl Abdulla oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, şikayətim İmişli rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Ramil Paşayevdəndir. Belə ki, keçmiş həyat yoldaşım Ağayeva Gülnarə Adil qızı və onun yaxın qohumları icra məmurunu ələ alaraq, başıma oyun açırlar.

Qeyd edim ki, 2016-ci ildə yoldaşım boşanma üçün məhkəməyə müraciət edib və hakim iddianı təmin edib. Həmin vaxt ölkə xaricində olmuşam. Nə məhkəmədən, nə də boşanmadan xəbərim olmayıb. Azərbaycanda olmadığım tarixdə "icra məmurunun yanında olub, hansısa sənədə imza atmışam" kimi göstəriblər. Guya mən demişəm ki, aliment borcunu ödəyə bilməyəcəm. Halbuki həmin vaxt mən xaricdə olmuşam. 

Azərbaycana gələndən sonra bilmişəm ki, 4900 manat aliment borcum yığılıb. Boşanmadan xəbərim olmadığı üçün ailəmin dolanması üçün yoldaşımın, onun dayısının oğlunun və bacanağımın adına pullar göndərmişəm. İcra məmuru isə sənədlərdə qeyd edir ki, guya məni məcburi çağırıblar.

Mən öz istəyimlə ölkəyə gəlmişəm. Azərbaycana gələndən 1 ay sonra İmişli Rayon Məhkəməsi məni həbs edib və qanunsuz olaraq 15 gün içəridə saxlayıblar.

Onu da qeyd edim ki, keçmiş yoldaşım Gülnarə, qardaşı Ağazadə Vüsal, xalası oğlu Quliyev Vüqar, dayısının yeznəsi Hacıyev Elşən xəbərim olmadan mənə məxsus mal-qaranı İmişli rayon mal bazarında satıblar. Xalsı oğlu Vüqar bunu mənə notarial qaydada sübut edib. Mənə məxsus mal-qaranı satıb, özlərinə Bakı şəhərində ev alıblar.

Həyatım demək olar ki, təhlükədədir. Xəbərim olmadan başıma oyun açıblar. Bu yazdıqlarım onların mənə etdiyi qanunsuzluqların yalnız bir faizidir. Sizin sayt vasitəsilə, başda Ədliyyə naziri Fərid Əhmədov olmaqla, səlahiyyətli qurumlara müraciət edirəm. İcra məmurları açıq-aşkar reketçiliklə məşğuldurlar, tədbir görün”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 Oktyabr 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri