Icma.az
close
up
RU
Bu vəhşiliklərin arxasında Kremldən gələn göstəriş dayanır Zərdüşt Əlizadə

Bu vəhşiliklərin arxasında Kremldən gələn göstəriş dayanır Zərdüşt Əlizadə

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Rusiyanı dövlət quruluşu baxımından yaxşı tanıdığıma görə deyə bilərəm ki, Rusiyada ən ali səviyyədə dövlət rəhbərlərinin xəbəri olmadan hər hansı bir cinayət törədilə bilməz".

Bu fikirləri Redaktor.az-a açıqlamasında  politoloq Zərdüşt Əlizadə Rusiyanın Yekaterinburq şəhərində FTX əməkdaşları tərəfindən azərbaycanlılara qarşı törədilən qətl və zorakılıqlardan danışarkən bildirdi.

"Rusiya hüquq-mühafizə orqanları rəhbərliyin cəza alətidir. Beyin olmadan, beyindən əmr gəlmədən əl, ayaq hərəkət edə bilməz. Ona görə də rus polislərinin etnik azərbaycanlılara qarşı törətdikləri bu vəhşiliklərin arxasında, təbii ki, Moskvadan – Kreml tərəfindən gələn göstəriş dayanır.

Səbəblərinə baxanda görürük ki, son vaxtlar Rusiya ilə Azərbaycan arasında münasibətlərdə anlaşılmazlıqlar var. Bu, müxtəlif hadisələrdə özünü büruzə verir: Azərbaycan təyyarəsinin vurulması, Rusiya rəhbərinin üzr istəməsi, aşkar həqiqətlərin inkar olunması və sonda isə Azərbaycan liderinin paradda iştirak etməməsi. Bütün bunlar, təbii ki, Rusiya rəhbərliyini qəzəbləndirib.

Azərbaycana iqtisadi, siyasi, hərbi təzyiq vasitəsi olan Qarabağ artıq əldən çıxıb, Qarabağ problemi, bir mənada, həll olunub".

Politoloq qeyd etdi ki, bir çıxış yolu qalır, o da Rusiyada yaşayan azərbaycanlılara təzyiq göstərməkdir.

"Bu təzyiqi də vəhşi formada həyata keçirirlər. Çünki bacardıqları budur. Mən bu proseslərin səbəblərini və nəticələrini anlayıram. Amma özümüzə sual verməliyik: biz niyə rusların əlinə belə bir silah vermişik? Yüz minlərlə azərbaycanlı Rusiyada yaşayır. Niyə onlar sevimli, doğma vətəndə yaşamır? Məgər Azərbaycanın işçi qüvvəsinə ehtiyacı yoxdurmu?

Bu insanlar çörək xatirinə, məcburiyyət qarşısında qalıb qarlı, şaxtalı, ucqar Rusiya bölgələrinə üz tuturlar. Səbəb isə Azərbaycanda onlara yaşayıb işləməyə imkan verilməməsidir. Kim imkan vermir? Gözü doymayan məmurlar.

Bu səbəbdən sadə vətəndaşlar gedir, qürbətdə söyülür, döyülür, təhqir olunurlar. Halbuki elə bir şərait yaradılsaydı, bu insanlar heç vaxt doğma vətəni tərk etməzdilər.

Düz düşünürəm, ya yanlış – bilmirəm. Amma hiss etdiklərim və gördüklərim bunlardır", - deyə Zərdüşt Əlizadə bildirdi.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 İyun 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see266

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see227

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see201

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see197

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see179

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see168

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see166

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see145

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see142

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see136

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see130

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri