Icma.az
close
up
RU
Bu vitamin qaraciyəri öldürür

Bu vitamin qaraciyəri öldürür

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vitaminlərin nəzarətsiz qəbulu sağlamlığa nəinki fayda vermir, hətta çox ciddi ziyan vura bilir.

Bunu tanınmış rusiyalı endokrinoloq professor Ekaterina Krivtsova Veçernaya Moskva nəşrinə müsahibəsində bildirib.

Həkimin sözlərinə görə, insanlar bir çox hallarda vitaminləri “profilaktika” üçün qəbul edirlər. Lakin bu çox böyük səhvdir.

Həkimin sözlərinə görə, vitamin və vitamin kompleksləri yalnız həkim təyin etməlidir. Həmçinin bundan əvvəl xəstə tam müayinə olunmalı, lazım olan analizləri verməlidir.

Krivtsova onu da qeyd edib ki, bəzən vitamin komplekslərinin tərkibində olan vitaminlərin dozaları çox cüzi olduğundan orqanizmə ümumiyyətlə heç bir təsir etmir və onları “plasebo”nun (boş həb) təsiri ilə müqayisə etmək olar. Belə ki, professorun sözlərinə görə, 1 qr qədər dozada olan C vitamininin qəbulu heç bir effekt vermir.

Digər tərəfdən böyük dozalarda qəbul olunan vitaminlər orqanizmə çox ciddi ziyan vurur. Məsələn, D vitamininin nəzarətsiz qəbulu qaraciyəri öldürür, A və E vitaminlərinin böyük dozalarda qəbulu isə onkoloji xəstəliklərin inkişafına təkan verə bilər.   

Saglamolun.az bildirir , ümumiyyətlə müasir təbabət süni vitamin və vitamin-mineral komplekslərindən yalnız istisna hallarda istifadə etməyi tövsiyə edir. Alimlərin fikrinə görə, bütün lazım olan maddələri qidadan almaq mümkündür. Hətta bunun üçün hər hansı bahalı, delikates qidaları qəbul etmək ehtiyac yoxdur. Adi gündəlik istifadə etdiyimiz məhsullar orqanizmi bütün lazım olan maddələrlə təmin edir.

D vitamininə gəldikdə isə digər vitaminlərdən fərqli olaraq bu vitamin gün şüalarının təsirindən bizim orqanizmdə sintez oluna bilir. Bunun üçün sadəcə gün ərzində ən azı 30 dəqiqə açıq havada olmaq lazımdır. 

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri