Bu vitamin sümükləri GÜCLƏNDİRİR
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Avstraliyalı alimlər vitamin K-nın sümüklərin möhkəmliyi və daxili quruluşu ilə davamlı əlaqəli olduğunu müəyyən ediblər. Araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub.
Redaktor.az xəbər verir ki, araşdırma çərçivəsində omba oynağından əməliyyat olunan 108 pasiyentin məlumatları təhlil edilib. Tədqiqatda bud sümüyü boynu sınığı olan və olmayan şəxslərin qanında K, D, C və E vitaminlərinin, B qrupu vitaminlərinin, sinkin və digər qida maddələrinin göstəriciləri araşdırılıb. Eyni zamanda onların sümük toxumasının vəziyyəti ətraflı öyrənilib.
Nəticələr göstərib ki, sümüklərin möhkəmliyi ilə ən nəzərəçarpacaq əlaqə məhz vitamin K-da müşahidə olunub. Bu vitaminin aktivliyi osteokalsin adlı zülalın vəziyyətinə təsir edir. Osteokalsin vitamin K-nın iştirakı ilə funksional xüsusiyyətlər qazanır.
Alimlərin sözlərinə görə, aktiv osteokalsinin yüksək səviyyəsi bud sümüyünün daha möhkəm olması, sümük toxumasının xarici qatının daha qalın və daxili quruluşunun isə daha sıx olması ilə əlaqələndirilir. Əksinə, osteokalsinin qeyri-aktiv formalarına sümüklərin kövrəkliyinin artdığı şəxslərdə daha çox rast gəlinib.
Tədqiqatçılar bunu vitamin K-nın sümük toxumasının minerallaşmasında mühüm rol oynaması ilə izah ediblər. Vitamin K osteokalsinin kalsiumla birləşməsinə və kalsiumun sümük quruluşuna daxil olmasına kömək edir.
Bununla belə, araşdırma müəllifləri vurğulayıblar ki, əldə olunan nəticələr yalnız əlaqəni göstərir və vitamin K əlavələrinin qəbulunun təkbaşına sınıqların qarşısını aldığını sübut etmir. Bu təsirin təsdiqlənməsi üçün əlavə tədqiqatlara ehtiyac var.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 18 Avqust 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















