Icma.az
close
up
RU
Bu xalqımıza və onun milli ləyaqətinə yönəlmiş təhqirdir, alçaltmaq cəhdidir Seyfəddin Hüseynli

Bu xalqımıza və onun milli ləyaqətinə yönəlmiş təhqirdir, alçaltmaq cəhdidir Seyfəddin Hüseynli

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Rusiyanın Yekaterinburq şəhərində baş verən dəhşətli hadisə barədə dünən günorta saatlarında xəbər tutduq. Təsəvvürə belə sığmayan bu vəhşilik və zorakılıq aktları nəinki hüquq-mühafizə orqanlarına, hətta ən radikal terror təşkilatlarına belə yaraşmaz. Gecə saatlarında qardaşlarımızın yaşadığı mənzilə xüsusi əməliyyat görüntüsü altında hücum olunub, qapılar zorla sındırılaraq evlərə daxil olunub. Ailə üzvlərinin gözü qarşısında kobud zorakılıq göstərilib, telefonlar əllərindən alınıb, saxlanılanların hara aparıldığı barədə heç bir məlumat verilməyib.

Rusiya mediasının rəsmi mənbələrinə istinadən yayılan xəbərlərə görə, 50-yə yaxın azərbaycanlı küçələrdən, evlərdən və iş yerlərindən toplanaraq ağır fiziki işgəncələrə məruz qoyulub. Onlara elektrik cərəyanı verildiyi, müxtəlif yollarla dözülməz təzyiqlərə məruz qaldıqları bildirilir. Qısa müddət ərzində bu zorakılıqlardan bir neçə nəfərin həyatını itirdiyi deyilir”.

Bu haqda Rusiyada qardaşları qətlə yetirilən jurnalist Seyfəddin Hüseynli bildirib.

Qardaşlarının ötən əsrin 90-cı illərində Azərbaycanda yaranan iqtisadi çətinliklərlə əlaqədar Rusiyaya üz tutuqlarını deyən jurnalist əlavə edib: “Vəhşicəsinə qətlə yetirilən qardaşım Ziyəddin Səfərovun 55 yaşı var idi. O, 1988-ci ildə Yekaterinburqa təhsil almaq məqsədilə getmişdi. Ardınca digər qohumlarımız da həmin şəhərə üz tutdular və zamanla orada məskunlaşdılar. Beləliklə, Yekaterinburqda xalqımızın vətənpərvər övladlarından ibarət güclü bir diaspor formalaşdı. Onlar yaşadıqları ölkənin qanunlarına ciddi şəkildə əməl edən, nümunəvi davranışları ilə seçilən vətəndaşlar idilər”.

Seyfəddin Hüseynlinin sözlərinə görə, təhsil almaq üçün Yekaterinburqa yollanan Ziyəddin Səfərovun ardınca digər qardaşları da həmin şəhərə köç ediblər. Onlardan biri ixtisasca həkim olsa da, həyat şəraitinə uyğun olaraq öz peşəsindən uzaq düşüb, digəri isə rus dili müəllimi kimi fəaliyyət göstərib. Seyfəddin deyir: “Taleyin acı ironiyasına bax ki, rus dili tədris edən qardaşım Bakir Səfərov məhz Rusiyada, özü də cinayətkarcasına qətlə yetirildi. Onlar 55 və daha yuxarı yaşda, həyat təcrübəsi olan, yetkin insanlardı. Belə yaşda insanlara qarşı bu cür vəhşilik törətmək nə hüquqa, nə insafa, nə də insanlığa sığır. Bu, təkcə bir ailəyə yox, bütövlükdə Azərbaycan diasporuna, xalqımıza və onun milli ləyaqətinə yönəlmiş təhqirdir, alçaltmaq cəhdidir”.

Hər gün qardaşları ilə əlaqə saxlayıb hal-əhval tutduğunu, güzəranları ilə maraqlandığını bildirən jurnalist qeyd edib: “Onlar da buradakı qohumlarımızın vəziyyəti, yaşayış şəraiti, dolanışıqları barədə maraqlanırdılar. Axırıncı dəfə iyunun 25-də axşam saatlarında danışdıq. Bir-birimizə xeyirli gecə arzulayıb sağollaşdıq. İyunun 27-də isə bu dəhşətli və sarsıdıcı xəbər gəldi... Mən indiyədək Yekaterinburqda olmamışam, amma bu baş verənlər, sadəcə, bizim ailənin yox, bütövlükdə xalqımızın faciəsidir. Bu, Azərbaycan xalqına qarşı yönəlmiş bir terror aktıdır. İşgəncəyə və təzyiqlərə məruz qalan soydaşlarımızın bir qismi hazırda ağır vəziyyətdə xəstəxanadadır. Açığını deyim ki, onların taleyi məni çox ciddi şəkildə narahat edir. Aldığımız məlumatlar onların sağlamlıq durumu ilə bağlı nikbinliyə heç bir əsas vermir. Bu cinayətin sifarişçiləri, səbəbkarları, günahkarları və icraçıları Rusiya hökuməti tərəfindən müəyyənləşdirilib qanun qarşısında cavab verməlidirlər. Mən Yekaterinburqda və ümumilikdə Rusiyada yaşayan soydaşlarımızın üzərində Azərbaycan dövlətinin qayğısını və himayəsini hiss edirəm. Bu ağır məqamda bir daha əmin oldum ki, dövlətimiz bizi sahibsiz buraxmır. Amma bir daha vurğulayıram: orada 100 minlərlə azərbaycanlı yaşayır və onlar hər zaman Azərbaycan hökumətinin dəstəyini hiss etməlidirlər. Onların taleyi ilə heç kim bu şəkildə oynamamalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sitat.info
archiveBu xəbər 28 İyun 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see177

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see160

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see155

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see154

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see153

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see143

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see140

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see139

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see130

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see130

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see128

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see126

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see126

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see126

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see125

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see125

“Tramp dilemma qarşısında: Ukraynaya dəstək və Rusiyanın enerji bazarı arasında seçim“ “The Wall Street Journal“

27 Sentyabr 2025 13:39see123

Trampın Qəzza planı: İsrailə bunu etməyə imkan verilməyəcək!

27 Sentyabr 2025 07:01see123

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see121

Balakəndən keçən İnterçaydan sel keçir

27 Sentyabr 2025 13:35see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri