Bu xanıma YAP da yüksək vəzifə verildi FOTO KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Yeni Azərbaycan Partiyasında kadr dəyişikliyi olub. YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun əmri ilə Bədəlova Ramilə Alxan qızı Mərkəzi Aparatın rəhbərinin müavini vəzifəsinə təyin olunub.
KONKRET.az xəbər verir ki, Ramilə Bədəlova 1981-ci ildə Bakıda anadan olub. YAP Yasamal Rayon təşkilatında təlimatçı, Partiyanın Mərkəzi Aparatında baş məsləhətçi, şöbə müdirinin müavini və Mərkəzi Aparatın sənədlərlə iş və statistika şöbəsinin müdiri vəzifələrində çalışıb. Ölkə prezidentinin müvafiq sərəncamı ilə 2022 – ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat katibi Nurlan Qələndərliyə sorğu ünvanladıq. Lakin sorğumuza cavab verilmədi.
Natiq Səlim
KONKRET.az
Baxış sayı:48
Bu xəbər 17 İyul 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















