Icma.az
close
up
RU
Bu xəstəlikdən tam sağalmaq ehtimalı yoxdur Həkimdən məsləhətlər

Bu xəstəlikdən tam sağalmaq ehtimalı yoxdur Həkimdən məsləhətlər

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 30 may, AZƏRTAC

30 May - Beynəlxalq Dağınıq Skleroz Günü ilə bağlı həkim-nevroloq Vüsalə Nuriyeva AZƏRTAC-a müsahibə verib. O, dağınıq sklerozun yaranma səbəbləri, əlamətləri, müalicə üsulları və digər məsələlərlə bağlı sualları cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Dağınıq sklerozun yaranma səbəbləri və xəstəliyin əlamətləri barədə məlumat verməyinizi istərdik...

- Dağınıq skleroz baş və onurğa beynin sinir liflərini əhatə edən mielin qişasının zədələnməsi nəticəsində yaranan xroniki iltihabi prosesdir. Xəstəliyin gedişatı və fərqliliyi hər bir xəstədə individualdır. Dağınıq sklerozun əlamətlərinə xəstədə əzələ zəifliyi, ifliclər, görmənin anidən zəifləməsi və tamamilə itirilməsinə gətirib çıxaracaq hallar, əsas simptomlara isə görmədə ikiləşmə və yorğunluq daxildir. Belə xəstələrdə parasteriyalar, hissiyatın pozulması, bədəndə uyuşma, iynəbatma hissi, halsızlıq müşahidə olunur. Bu şəxslər başgicəllənmə, ataksiya və kordinasiya pozuntusundan əziyyət çəkirlər.

- İnsanlar dağınıq skleroz xəstəliyinə tutulduqlarını necə müəyyən edə bilərlər?

- İnsanlar bunu müəyyənləşdirə bilməzlər. Simptomlar qeyri-spesifikdir. Ona görə də diqqətli olmaq lazımdır. Bu simptomlar təkcə dağınıq skleroza xas deyil. Bu səbəbdən bir neçə simptomu müşahidə etdikdə, nevroloqa müraciət etmək lazımdır. Nevroloq da müayinə zamanı şübhələndiyi hallarla bağlı MRT müayinəsinə göndəriş verməlidir. Müayinələr zamanı dağınıq skleroza aid olan hüceyrələrin tapılması bizə xəstəyə bu diaqnozu qoymağa əsas verə bilər.

- Bu xəstəliklə bağlı daha çox kimlər risk qrupuna aid edilirlər?

- Dağınıq sklerozla bağlı risk qrupunda genetik meyar demək olar ki, rol oynamır. Bu xəstəliyə, adətən, D vitamini çatışmayan və siqaret çəkən insanlar arasında rast gəlinir. Xəstəlik qadınlarda kişilərə nisbətən 2-3 dəfə çox yayılıb. Dağınıq skleroz əsasən 20-40 yaş arasında olan insarlarda müşahidə edilir. Bu xəstəliyə soyuq iqlim şəraitində yaşayan şəxslərdə daha çox təsadüf olunur

Hazırda Epstein-Barr virusunun dağınıq sklerozla əlaqəli olub-olmadığı və bu xəstəliyin qarşısını almaq üçün peyvəndləmənin aparılması məsələsi araşdırılır. Əgər qeyd edilən virusun dağınıq sklerozla əlaqəsi tam sübut olunsa, bu sahədə müsbət irəliləyişlər əldə ediləcək. Çünki Epstein-Barr virusuna qarşı peyvəndləmə dağınıq sklerozun rastgəlmə tezliyini aşağı sala bilər.

- Dağınız skleroza uşaqlar arasında rast gəlinirmi?

- Bu xəstəliyə uşaqlar arasında rast gəlinmə 3-5 faizdir. Bir yaşdan aşağı uşaqlarda demək olar ki, dağınıq skleroz müşahidə edilmir. Xəstəliyə yaşı 10-dan çox olan uşaqlarda rast gəlinir. Uşaqların sinir sisteminin platikliyi atakların tez bərpa olunmasına, klinik əlamətlərin silinməsinə gətirib çıxarır. Ona görə də uşaqlarda görmədə ani zəifləmə, ikigörmənin yaranması, qəfil yaranan yorğunluq, halsızlıq, diqqətin yayınması, səbəbsiz depressiya, ağlamalar, nitqin kordinasiyanın pozulması, səndələmə, başgicəllənmə simptomlarının bir neçəsini görürüksə, onları dağınıq skleroza görə müayinə edirik.

- Dağınıq sklerozdan əziyyət çəkən şəxslərin müalicəsi necə aparılır?

- Dağınıq sklerozlu xəstələrin müalicəsi stereoid preparatlar, immunamodelyatorlar və immuna spereosorlarla həyata keçirilir. Həmçinin klinik əlamətlərə görə hansısa orqanda spastika yaranıbsa, ona uyğun olaraq, neyroloksantlar, eləcə də, fiziki terapiya və idman məşğələləri təyin edilir. Müalicə xəstəliyin dərəcəsinə uyğun seçilir. Bu xəstələrdə əzələnin gücünü saxlamaq lazımdır ki, xəstəlik əllilliyə səbəb olmasın.

- Xəstəliyin müalicəsi uşaqlarda da böyüklərdə olduğu kimi həyata keçirilir?

- Uşaqlarda da müalicə böyüklərdə olduğu kimi aparılır. Müalicələrdə dozalama uşaqların yaşına uyğun seçilir. Böyüklərdən fərqli olaraq uşaqlarda bərpa periodu sinir sisteminin plastikliyinə görə daha tez baş verir və bu, bizim üçün diaqnoz qoymağı çətinləşdirir. Simptomlar yaranır, bəzi hallarda valideynlər bunu gözdən qaçırırlar. Bu da müəyyən çətinliklər yarada bilir.

- Dağınıq sklerozdan tam sağalmaq ehtimalı ilə bağlı nə deyə bilərsiniz?

- Bu xəstəlikdən tam sağalmaq ehtimalı yoxdur. Hazırda dünyada bu işin üzərində iş aparılır, araşdırılır. Dərmanları tətbiq edərək xəstəliyin gedişatını yüngülləşdirə, remissiya periodunu uzada və residivlərin qarşısını ala bilərik. Dağınıq sklerozlu insanların ailə üzvlərinə, yaxınlarına xəstəlik haqqında məlumatlı olmalarını, xəstələrə motivasiya vermələrini tövsiyə edirik. Çünki belə xəstələrin əhvali-ruhiyyəsi, psixoloji durumu yaxşı olanda xəstəliyin residiv verməsi bir o qədər aşağı olur. Dağınıq sklerozlu xəstələrdə spastikaların qarşısının alınmasında fiziki terapiya və digər bu kimi amillər böyük rol oynayır.

- Bu xəstəlikdən əziyyət çəkənlərin psixoloji reabilitasiyası zamanı hansı amillər nəzərə alınır?

- Psixoloji reabilitasiya çox vacibdir. Mütləq şəkildə psixoloji dəstək olmalıdır. Bu xəstələrə ilk növbədə xəstəliklərini qəbul etdirmək lazımdır. Onlar xəstə olduqlarını anlamalıdırlar. Bu xəstələrdə psixoloji depressiya, anksiyete pozuntuları olur. Sosial yaşamdan təcrid olmadıqlarını psixoloji rebilitasiya ilə onlara anlatmaq lazımdır. Rutin həyatlarından, məşğuliyyətlərindən kənarda qalmamalıdırlar. Bu insanlarda depressiv hallar xəstəliyin gedişatına mənfi təsir edə bilər. Ailə üzvlərinə də onların normal insanlardan seçilmədiyini anlatmaq lazımdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri