Icma.az
close
up
RU
Bu xəstəliklər irsən ötürülür. Çox vacib bilgilər!

Bu xəstəliklər irsən ötürülür. Çox vacib bilgilər!

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Müasir tibdə belə hesab olunur ki, irsiyyət insanın sağlamlığına çox böyük təsir edir.

Bu mövzuda olan araşdırmalar bütün dünyada aparılır və alimlər hər dəfə irsiyyətin insan sağlamlığına olan təsirini yeni və yeni araşdırmalar nəticəsində sübut edirlər.

Genetiklərin fikirinə görə, qızlarda menstruasiyalar 57% hallarda analarında olan yaşda başlayır. Menopauza (klimaks) da bir çox hallarda anada bu proses başlayan zaman başlayır. Beləliklə, əgər anada erkən menopauza (40 yaşına kimi) olubsa, onun qızında da erkən menopauzanın riski artmış olur.

Alimlər sübut edir ki, miqren xəstəliyi 70-80% hallarda anadan qızına ötürülür.

Döş, yumurtalıqlar və uşaqlıq xərçənginin irsən ötürülməsi də bütün dünyada təsdiq olunub. Araşdırmalar sübut edir ki, bu xərçəng növləri anadan qızına ötürülür (xüsusilə də ana cavan yaşlarda bu xəstəliklərə tutulubsa). Məhz bu səbəbdən bir sıra Avropa ölkələrində və Amerikada "pis" irsiyyəti olan bəzi qadınlar döş xərçənginin riskini azaltmaq üçün mastektomiya əməliyyatına (süd vəzilərinin xaric edilməsi əməliyyatı) gedir. Belə profilaktikanın nümunəsi dünya şöhrətli Ancelina Colidir. Aktrisanın anası və doğma xalası döş xərçəngindən vəfat ediblər.

Köklük də genetik olaraq valideynlərdən uşaqlarına ötürülür. Alimlər sübut edir ki, valideynləri kök olan insanda köklük və piylənmənin riski 70% artır.

Ürək-damar sistemi xəstəlikləri valideynlərdən uşaqlara ötürülə bilər (xüsusilə bu xəstəliklər valideynlərdə cavan yaşlarda inkişaf edibsə). Varikoz xəstəliyi bir çox hallarda anadan qızına ötürülür. Bunun səbəbi irsən keçən damar divarlarının zəif olmasıdır.  İngiltərə alimləri sübut ediblər ki, insult keçirmiş qadının uşaqlarında insultun riski artmış olur.

Şəkərli diabet, bronxial astma, artrit da irsən keçən xəstəliklərdir.

Epilepsiya, şizofreniya, ağır depressiyalar kimi sinir sistemi xəstəlikləri bir çox hallarda irsən ötürülür.

Maraqlıdır ki, hətta alkoqolizm (içki düşkünlüyü) irsən valideynlərdən uşaqlara ötürülür.

Hər bir insan onun yaxın qohumlarında olan xəstəlikləri və pozulmaları haqqında bilməlidir. Bu çox vacibdir! Bu halda insan öz "zəif" tərəflərini bilir və öz sağlamlığına qarşı daha diqqətli olur.

Düzgün qidalanma, fiziki aktivlik, pis vərdişlərdən imtina, profilaktik müayinələr kimi sadə tədbirlər insanı bir çox, o cümlədə, irsən keçən xəstəliklərin inkişafından qoruya bilər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri