Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi SİYAHI
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtda sosial xidmət və tibb müəssisələrinə gələnlər üçün əlavə şəraitin yaradılması istiqamətində işlər davam etdirilir. Daha 6 ünvanda müvafiq nişanlar quraşdırılaraq taksi və fərdi nəqliyyat vasitələrinin sərnişinlərinin rahat minib-düşməsi təmin olunub.
Milli.Az xəbər verir ki, layihənin davamı olaraq, Sabit Orucov küçəsində (Respublika Perinatal Mərkəzinin yaxınlığında), Mehdi Mehdizadə və Fəzail Bayramov küçələrində ("Mediland Hospital"ın yanında) parklanma yerlərinin bir hissəsi ləğv olunaraq "5.14" - "minik taksilərinin duracaq yeri" və 3.28" - "durmaq qadağandır" yol nişanları quraşdırılmaqla minib-düşmə yerləri təşkil edilib.
Sözügedən nişanlar Böyük İpək Yolu küçəsində (Heydər Əliyev prospekti ilə kəsişməyə yaxın), Həsən Salmani küçəsi və Babək prospektində də yerləşdirilməklə Yeni Klinika, "Leyla Medical Centre" və "Baku Medical Plaza"ya gələnlər üçün əlavə şərait yaradılıb.
Xatırladaq ki, daha öncə paytaxtın 7 ünvanında yerləşən tibb müəssisələrinin qarşılarında minib-düşmə yerləri və taksilərin sərnişinləri düşürmələri üçün imkan yaradılıb.
Aysel
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 05 İyun 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















