Icma.az
close
up
RU
Bu yaşdan sonra iş tapmaq çətinləşir Açıqlama

Bu yaşdan sonra iş tapmaq çətinləşir Açıqlama

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Pensiya yaşının mərhələli şəkildə artırılması fonunda əmək bazarında yaşlı şəxslərin məşğulluğu məsələsi də daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. Rəsmi olaraq pensiya yaşı 60-dan yuxarı olsa da, bəzi hallarda xüsusilə özəl sektorda 50 yaşdan sonra iş tapmağın çətinləşdiyi ilə bağlı fikirlər səsləndirilir. Bu vəziyyət isə uzun illər müxtəlif sahələrdə təcrübə toplamış insanların əmək bazarından kənarda qalması ilə bağlı narahatlıqları artırır. Yaş artdıqca insanların peşəkar bilik və təcrübəsi daha da formalaşır. Lakin bəzi şirkətlər daha çevik, texnologiyalara sürətli uyğunlaşan və aşağı maaş gözləntisi olan gənc işçi qüvvəsinə üstünlük verə bilir. Nəticədə illərlə çalışmış şəxslər yeni iş tapmaqda müəyyən çətinliklərlə üzləşirlər.
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a bildirib ki, pensiya yaşı artıq uzun illərdir artırılıb və hazırda kişilər üçün 65 yaş müəyyən edilib:
“Qadınlarda da pensiya yaşı mərhələli şəkildə artırılır və hər il 6 ay əlavə olunur. Hazırda qadınların pensiya yaşının da 2027-ci ildən etibarən kişilərlə eyni 65 yaş olması nəzərdə tutulur. Pensiya yaşının artırılmasının əsas səbəbi insanların işə qəbul olunub-olunmaması ilə bağlı deyil. Burada əsas məsələ dövlətin pensiya öhdəliklərini azaltmaq istəyidir. Yəni dövlət daha az pensiya yükü ilə qarşılaşmaq üçün bu addımı atır. Məqsəd pensiya xərclərinin müəyyən qədər optimallaşdırılmasıdır. Dövlət və özəl sektorda yaş ayrı-seçkiliyinə gəlincə isə, mən şəxsən bunun geniş yayılmış və açıq formada tətbiq olunduğunu düşünmürəm. Uzun illər özəl sektorda çalışmış biri kimi belə bir diskriminasiya ilə rastlaşmamışam. Məsələ daha çox işə qəbul zamanı şəxsin bilik və bacarıqları ilə bağlı olur. Çünki pensiya sahibkarın xərci deyil. Pensiya vətəndaşın əməkhaqqından edilən tutulmalar hesabına formalaşır və bu proses dövlət tərəfindən tənzimlənir. Yəni özəl sektorun burada birbaşa maddi marağı yoxdur”.
O qeyd edib ki, bəzi hallarda işəgötürənlər yaşlı şəxslərə üstünlük verməyə bilər:
“Amma bu, onların pensiya yaşına yaxın olması ilə bağlı deyil. Daha çox yeni biliklərin mənimsənilməsi, müasir texnologiyalara uyğunlaşma, treninqlərdə çeviklik və adaptasiya imkanları ilə əlaqədardır. Gənclər bir sıra hallarda yeniliklərə daha açıq olur, texnologiyaları daha sürətli mənimsəyir və təcrübə qazanmaq üçün daha aşağı maaşla işləməyə də razılaşırlar. Bu səbəbdən rəqabətdə müəyyən üstünlük əldə edə bilirlər. Amma bunu yaşa görə diskriminasiya kimi qiymətləndirmək düzgün olmazdı. Əksinə, Azərbaycanda yaşlı insanlara münasibət daha hörmətli yanaşma üzərində qurulub. Bir çox hallarda iş yerlərində pensiya yaşına çatmış əməkdaşların işdən çıxarılmasına belə ehtiyatla yanaşılır. Mən işlədiyim şirkətlərdə də bunun şahidi olmuşam. Yəni ölkədə yaşlı insanların sırf yaşına görə sistemli şəkildə kənarda saxlanılması ilə bağlı ciddi mənzərə müşahidə etmirəm”.
Beləliklə, təqaüd yaşının qaldırılması tamamilə dövlət büdcəsinin sosial öhdəliklərinin tənzimlənməsi məqsədi daşıyır. Əmək bazarındakı mövcud rəqabət isə yaş amilindən daha çox işçilərin müasir rəqəmsal texnologiyalara uyğunlaşma sürətindən asılıdır.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 İyun 2026 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri