Bu yoida hərəkət məhdudlaşdırılacaq
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda Hava limanı şosesindən metronun "Koroğlu" stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə–Əmircan döngəsi və "Komsomol" dairəsi ərazilərində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri ilə əlaqədar 20 noyabr tarixində saat 00:00-dan 06:00-dək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və alternativ istiqamətlər üzrə təşkil ediləcək:
"Hava limanından şəhərin mərkəzinə doğru hərəkət etmək istəyən nəqliyyat vasitələrinin sürücüləri alternativ yol olaraq Zığ yolundan istifadə etməklə "8 Noyabr" prospekti istiqamətinə hərəkət edə bilərlər. 21 noyabr tarixində isə saat 23:00-dan 05:45-dək metronun "Koroğlu" stansiyasından Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək".
Qeyd olunub ki, şəhərin mərkəzindən Hava limanı istiqamətinə isə alternativ yol olaraq metronun "Koroğlu" stansiyasının yanından Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavar Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmaddədin Nəsimi və Əli İsaqzadə küçələrindən, bununla yanaşı "8 Noyabr" prospektindən Zığ şosesinə keçməklə də hərəkət edə bilərlər.
"Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən yaranacaq məhdudiyyətlə əlaqədar olaraq hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi və nəqliyyat vasitələrinin müvafiq istiqamətlərə yönləndirilməsi məqsədilə xidmət təşkil ediləcək. Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixlərdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 19 Noyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















