Bu yolda dayanacaq və parkinq tıxac yaradır FOTO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakının Sabunçu rayonunda hərəkət intensivliyi ilə bağlı sürücülər ciddi narazılıq edirlər.
Avtosfer.az xəbər verir ki, problem Zabrat yolundan Nikolay Baybakov küçəsinə dönən, Sabunçu xəstəxanasına aparan yolda yaşanır.
Belə ki, həmin ərazidə avtobus dayanacağı quraşdırılıb. Lakin dayanacağın sol tərəfində avtomobillər park edildiyinə görə yolda hərəkət iflic olur. Xüsusən də axşam saat 17:00-dan sonra burada uzunmüddətli tıxaclar yaranır.
Sürücülər bildirirlər ki, vəziyyət həm ictimai nəqliyyatın, həm də şəxsi avtomobillərin hərəkətinə mane olur. Tıxac səbəbindən xəstəxanaya təcili yardım maşınlarının da girişi çətinləşir ki, bu da əlavə təhlükə yaradır.
Ərazidə yaşayanlar və sürücülər aidiyyəti qurumlardan məsələyə diqqət ayırmağı xahiş edirlər. Onların təklifinə görə, burada “Dayanma və durma qadağandır” yol nişanı qoyulmalı və eyni zamanda müşahidə kameraları quraşdırılmalıdır. Bu tədbirlər görülərsə, həm hərəkətin intensivliyi bərpa olunacaq, həm də tıxacların qarşısı alınacaq.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 30 Sentyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















