Bu yoldan sola dönəndə diqqətli olun: 3 bal 100 manat cərimə yazılır VİDEO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Bakının mərkəzi küçələrindən biri olan Lermontov küçəsində son zamanlar sürücülər cərimələnirlər. Avtosfer.az xəbər verir ki, paytaxtın İstiqlaliyyət küçəsindən Mixail Lermontov küçəsinə dönən sürücülər əks zolağa çıxdıqları üçün qayda pozuntusuna yol verirlər. Bunun əsas səbəbi yol hərəkətinin düzgün təşkil olunmaması və sürücülərin zolaqların istiqaməti barədə məlumatlı olmamasıdır.
Qeyd edək ki, həmin yol hissəsində 1 gediş və 2 gəliş zolağı mövcuddur, lakin sürücülərin çoxu bunu bilmir. Bu, əsasən, yolun girişində 5.8.8 nişanının – zolaqlar üzrə hərəkəti göstərən nişanın olmaması ilə bağlıdır. Nəticədə, sürücülər hansı zolağın hansı istiqamətə aid olduğunu müəyyən edə bilmir və istəmədən əks zolağa çıxaraq qayda pozurlar.
Sürücülər sola dönərkən düzgün zolağı seçmədikdə, nəinki cərimə olunurlar, həm də təhlükə ilə üz-üzə qalırlar.
Bu problemi aradan qaldırmaq aidiyyəti qurumlar tərəfindən yol nişanlarının quraşdırılması və zolaqların düzgün xətlərlə işarələnməsi zəruridir. Sürücülərə isə həmin ərazidən keçərkən xüsusilə diqqətli olmaları, sola dönərkən sağ zolağa daxil olaraq qaydalara uyğun manevr etmələri tövsiyə olunur.
Könül Rauf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 23 Yanvar 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















