Bu yolun sağ zolağı ilə hərəkət təhlükəlidir, solla getdikdə isə cərimə yazılır VİDEO
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Respublika əhəmiyyətli avtomagistralın sağ zolağı ilə hərəkət olduqca təhlükəlidir, solla getdikdə isə cərimə yazılır.
Bakıvaxtı.az-ın məlumatına görə, Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsi bir müddətdir ki, yararsız hala düşüb. Yolun əsasən Nəvahi, Pirsaat və Atbulaq kəndləri ərazisindən keçən hissəsində sağ zolaqla hərəkət etmək mümkünsüzdür.
Sürücülər deyirlər ki, yol infrastrukturunda yaranmış nasazlığa görə qəza riski də çoxdur.
Bəs respublikanın əsas magistralından biri olan bu yolun dağılmış asfaltı nə vaxt təmir ediləcək?
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, həmin ərazinin təmirinə ehtiyac var və bunun üçün təkliflər hazırlanıb.
Magistralın digər hissələrində isə əsaslı təmir işləri aparılması zərurəti yoxdur.
Mövzu ilə bağlı xezerxeber-in videomaterialını təqdim edirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 11 İyun 2025 08:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















