Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

“Bu zaman partlayış baş verdi, işıqlar söndü” 7 uşağın ölüm işi

“Bu zaman partlayış baş verdi, işıqlar söndü” 7 uşağın ölüm işi

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə "Respublika Perinatal Mərkəzi" PHŞ-də baş vermiş yanğınla bağlı cinayət  işi üzrə araşdırmalar davam edir. Hakim qarşısına Mərkəzin direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli çıxarılıb.

Hurriyyet.az xəbər verir ki, prosesdə şahid qismində tibb bacısı Təranə Əhmədova ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır: "Hadisə baş verən günü mən növbədəydim. Biz növbədə 6 nəfərdən ibarət heyət idik. Onlardan ikisi tibb bacısı, ikisi böyük tibb bacısı, ikisi isə kiçik tibb bacısı idi. Hadisə mərkəzin 4-cü mərtəbəsində yeni doğulan körpələrin yerləşdiyi palatada baş verdi. Hadisədən əvvəl biz mətbəxə keçmişdik, su içmək istəyirdik. Validə həkim növbədə idi. Birdən yanğın olduğunu eşitdik. Yanğını söndürməyə çalışsaq da, bacarmadıq. Şöbədə yanğın söndürmək üçün balonlar var idi. Mühafizəçi balonu açdı ki, yanğını söndürsün, bu zaman partlayış baş verdi, işıqlar söndü".

Dövlət ittihamçısının suallarını cavablandıran şahid bildirib ki, şöbədə yeddi küveyz olub: "Yanğın isə elektirik naqillərinndın baş verib. Gördük ki, küveyx yanır. Biz körpələri çıxarmağa çalışdıq. Körpələrin tələf olmamasına çalışırdıq".

Daha sonra suallara cavab verən şahid qeyd edib ki, əvvəllər yanğınla bağlı təlimlərdə iştirak edib. Onun sözlərinə görə, hadisə zamanı mərkəzin mühafizəçisi Elçin xəsarət alıb: "Elçin dəhlizdə yerə yıxılmışdı, ağzından köpük gəlirdi. Mən həkim çağırdım, ona yardım etdilər".

Şahid qeyd edib ki, hadisə vaxtı mətbəxə dərman içmək üçün gedibmiş. Digər işçilər mətbəxə su içəməyə gəliblər. Şahid onu da əlavə edib ki, iş rejimi ağır olub, işçilərin bəziləri buna görə işdən ayrılıblar: "Nurlanə, Günel, Nuranə işdən çıxmışdılar. Onlar Mehriban Abasquliyeva direktor olmamışdan əvvəl işdən ayrılmışdılar".

Şahidin sözlərinə görə, bu yanğın hadisəsi mərkəzdə ilk deyilmiş: "Əvvəllər iki dəfə mərkəzdə yanğın olub. Əvvəlki yanğınlar mərkəzin 2-ci və 3-cü mərtəbələrində baş verib. Mən həmin yanğının şahidi olmamışam. Bu hadisədən sonra eşitdim ki, mərkəzdə iki dəfə yanğın baş veribmiş, amma tez söndürülüb".

Şahid bildirib ki, mərkəzini şöbələrində elektrik naqillərində nazaslıq varmış, adam əlini vuranda elektrik hiss edirmiş. Şahid onu da qeyd edib ki, Mehriban Abasquliyeva direktor təyin olunandan sonra uşaqların sayında artım olub: "Palatada qanunla 4 küveyzdən artıq ola bilməzdi, amma küveyzlərin sayı çoxalımdı. 4 küveyz 12 cihazdan istifadə edə bilərdi, amma küveyzlərin sayı artıq idi".

Prosesdə Təranə Əhmədovanın ibtidai istintaq zamanı verdiyi ifadəsilə indiki arasında ziddiyyətli məqamlar aşkarlanıb. Bu səbəbdən hakim onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edib.

Məlum olub ki, şahid ibtidai istintaqa yanğının küveyzdən alışdığını bildirib. Məhkəmədə isə yanğının elektrik naqillərindən baş verdiyini göstərib. Şahid məhkəmədə verdiyi ifadəsini təkzib edib, ibtidai istintaqdakı ifadəsinin düzgün olduğunu təsdiqləyib.

Növbəti proses iyunun 30-da davam edəcək.

Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.  Cinayət işi üzrə "Respublika Perinatal Mərkəzi", bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub. Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 İyun 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri