Bu zolağa girənlərə cərimə yazılmayacaq SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtda keçirilən COP29 tədbirindən dərhal sonra təşkil edilmiş xüsusi zolaqların əksəriyyəti ləğv edildi. Lakin bəzi küçələrdəki həmin zolaqlar avtobuslar üçün istifadəyə verildi. Bunlardan biri də Neftçilər prospekti oldu.
Qeyd edək ki, sözügedən prospektdə nəqliyyatın hərəkəti intensiv olduğu üçün yolda tıxac yaranırdı. Bu isə insanların narazılığına səbəb olurdu. Bunu nəzərə alaraq bir neçə gün əvvəl həmin zolağı ləğv etdilər. Lakin əksər sürücülər hələ də həmin zolaqla hərəkət etməyə çəkinirlər.
Sürücülərin nəzərinə çatdıraq ki, Neftçilər prospektinin Muzey Mərkəzi ilə kəsişməsindən Azneft dairəsinə qədər olan hissəsində avtobus zolağı ləğv edildiyi üçün sağ zolaqla rahatlıqla hərəkət edə bilərlər. Lakin həmin zolaqda 3.27 nişanı olduğu üçün, orada dayanmaq qadağandır.
Könül Rauf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 24 Dekabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















