Icma.az
close
up
RU
“Budapeştdə atəşkəs barədə razılıq əldə oluna bilər NATO müharibəyə qoşulmayacaq”

“Budapeştdə atəşkəs barədə razılıq əldə oluna bilər NATO müharibəyə qoşulmayacaq”

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibəsində Rusiya-Ukrayna mqharibəsi ətrafında baş veriən son prosesləri təhlil edib.

Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Tramp Putinlə telefonla danışandan sonra Ukraynaya Tomahavk raketləri verməkdən imtina etdi. Trampla Putinin Budapeşt görüşündə Ukraynada sülh barədə razılıq əldə oluna bilərmi?

- Tramp Putinə heç vaxt xəyanət etməyəcək. Etsə, bu onun özü üçün yaxşı nəticələr verməz. O, əksinə, özünə təhlükə yaratmayacaq səviyyədə Putinə kömək etməkdə, ona zaman qazandırmaqda davam edəcək. Tomahavk raketlərinin verilə biləcəyi barədə ikibaşlı bəyanatları həm daxili auditoriyanı sakitləşdirmək, həm də sonrdan mən Putini hədələdim o da atəşkəsə razı oldu kimi bəyanatlar verilməsi üçün əsas yaradılması ilə bağlı idi. Putin müharibənin davam etdirilməsinin artıq mənasız olduğunu qəbul edəndə, Trampa deyəcək ki, vaxtı çatıb, sülh sazişi imzalamaq, əməkdaşlığı genişləndirmək olar. Tramp seçkilərdə ona qarşı olmuş və müharibəni ABŞ-nin hesabına udmaq istəyən Avropa liderlərindən, həm də Zelenskidən qisasını alacaq. Zelenskiyə zənginə görə Trampa impiçment elan olunmuşdu. Tramp həm də onun fərqindədir ki, bu raketlər də indiyə qədər verilmiş digər müasir silahlar kimi Ukraynaya öz torpaqlarını işğaldan azad etməyə kifayət etməyəcək. Ukrayna yalnız NATO müharibəyə qoşulduqda torpaqlarını işğaldan azad edə bilər. Bu halda isə Rusiyanın nüvə silahından istifadə etməyəcəyinə heç kim təminat verə bilməz. Ona görə də NATO müharibəyə qoşulmayacaq.

Düşünürəm, Budapeştdə atəşkəs barədə razılıq əldə oluna bilər. Yaxud, ən azı razılıq əldə oluna bilər ki, energetika obyektlərinə hava zərbələri endirilməsin. Putin Trampdan bunu istəyə bilər. Çünki Rusiyanın, ümumiyyətlə, hər iki tərəfin enerji sektoru bu zərbələrdən xeyli ziyan görür. Qarşıdan isə qış gəlir.

- Ukrayna ərazi itkisi ilə barışacaqmı?

- Ukraynalılar digər slavyan xalqları kimi döyüşkəndirlər, amma müharibədə haqlı olanlar yox, güclülər, güclü müttəfiqləri olanlar qalib gəlir. Baxın, Çin kimi iqtisadi və hərbi baxımdan güclü, 1.5 milyard əhalisi olan dövlət öz ərazi bütövlüyünü təmin edə bilmir. İkinci dünya müharibəsindən sonra Azərbaycan hələlik Xorvatiyadan sonra belə problemi olmuş, amma ərazi bütövlüyünü bərpa etməyi bacaran, bu cür şərəfə nail olmuş ikinci xalqdır, dövlətdir.

Ukraynaya itirdiyi torpaqlar qarşılığında NATO tərəfindən təhlükəsizlik qarantiyası veriləcəksə və ona ölkəni bərpa etmək üçün ciddi maliyyə yardımı ediləcəksə, Avropa İttifaqına qəbul olunacaqsa, bu, Ukrayna üçün uğur sayıla bilər. Bu, onlar üçün böyük təskinlik olar. Arzu edək ki, tezliklə müharibə başa çatsın. Tramp isə layiq olduğu Nobel sülh mükafatını gələn il alsın.

- Avropa liderləri alçaldıcı sülhə razı olacaqmı?

- Qorxaqlar həmişə alçaldılır, onların aqibəti həmişə belə olur. Onlar əllərindəki silahları, qorxaqlıqlarından "özümüzə lazımdır" bəhanəsi ilə Ukraynaya vermədilər, sanki başqa bir dövlət onlara müharibə elan etməyə hazırlaşırmış. Ukraynaya ciddi yardım etmədilər. Rusiyaya onu sülhə məcbur edəcək sanksiyalar tətbiqindən qorxdular. Öz komfort həyatlarını bir balaca da olsun sıxıntıya salmaq istəmədilər. Bəlağətli bəyanatları isə yalnız ürək bulandırdı. Tramp onlara kimliklərini göstərir və deyir ki, təhlükəsizliyiniz üçün ayaqlarımızı möhkəm qucaqlayın. Avropa Ukraynanın tam işğalını gözləyirdi və işğalı qəbul etməyə hazır idi. Sadəcə Ukrayna xalqı müqavimət göstərdi, ölkəsinin 70-75 %-ni qorudu. Bu xalq ən böyük hörmətə layiqdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:350
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Oktyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri