Icma.az
close
up
RU
Büdcə uğurla icra olunur, lakin risk mövcuddur...

Büdcə uğurla icra olunur, lakin risk mövcuddur...

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pərviz Heydərov yazır...

Cari il başlanandan bəri ölkədə iqtisadi artım və eləcə də neftin dünya bazar qiymətləri sarıdan vəziyyət ürəkaçan olmasa da, dövlət büdcəsinin icrası uğurla həyata keçirilir. Yanvar-mart ayları ərzində gəlirlər 9 milyard 733 milyon manat, xərclər isə 8 milyard 115 milyon manat təşkil etməklə büdcənin icrasında 1 milyard 618 milyon manat profisit yaranmışdısa, aprel də daxil olmaqla bu rəqəm 3 milyard 3 milyon manata yüksəlib.

Başqa sözlə, Maliyyə Nazirliyinin məlumatına əsasən 2025-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 13 milyard 964.9 milyon manat vəsait daxil olub, 10 milyard 961.9 milyon manat isə xərclənib.

Ümumiyyətlə, 2025-ci ilin yanvar-aprel aylarında büdcə gəlirlərində yüksək göstəricilər qeydə alınıb ki, xərclər üzrə də 440 mindən çox tapşırıq icra olunub. Göstərilən dövr ərzində dövlət büdcəsi gəlirləri qeyd edilən müddət üçün nəzərdə tutulandan 219.7 milyon manat və ya 1.6 % çox təşkil edib.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 6 milyard 923.5 milyon manat təşkil edərək proqnozdan 398.2 milyon manat və ya 6.1%, Dövlət Gömrük Komitəsi üzrə 2 milyard 64.9 milyon manat təşkil edərək 37.9 milyon manat və ya 1.9 %, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə 14.8 milyon manat təşkil edərək 3.2 milyon manat və ya 27.2%, sair daxilolmalar üzrəsə 182.3 milyon manat təşkil edərək 100.4 milyon manat və ya 122.4% çox həyata keçirilib.

Dövlət Neft Fondundan (ARDNF) transfert isə 4 579.1 milyon manat təşkil edərək nəzərdə tutulandan 247.9 milyon manat və ya 5.1% az icra edilib. Xatırladım ki, bu il ərzində ARDNF-dən dövlət büdcəsinə 14 milyard 481 milyon manat köçürülməlidir ki, bu da ümumi gəlirlər üzrə 37.8% deməkdir.

Əlbəttə, ÜDM istehsalı həcminin azalması fonunda dövlət büdcəsi gəlirlərinin bu cür artıqlaması ilə həyata keçirilməsi əslində, müvafiq qanunauyğunluğa ziddir. Yəni, heç bir iqtisadi məntiqə düz gəlmir. Sadəcə olaraq, bizdə həqiqət bundan ibarətdir ki, ÜDM istehsalı və artım tempi neft-qaz sektoruna və bilavasitə buradakı tendensiyaya bağlıdır.

Yəni, reallıq budur ki, neft üzrə dünya bazarlarında qiymətlər enir, üstəgəl daxildə də hasilat azalır. Odur ki, iqtisadi artım və o cümlədən dövlətimizin valyuta gəlirləri də aşağı düşür.

Lakin bu il dövlət büdcəsində dürüstləşdirmə hələ ki aparılmayıb. Ən azı, bu haqda heç söhbət belə getmir. Halbuki, bu, ötən illərdə büdcə artıqlığı səbəbindən edilmişdi. Düzdür, bu il dürüstləşdirmə aparılardısa proqnoz göstəricilər artırılmalı deyil, azaldılmalı idi. Ancaq görünür ilin birinci yarısı ərzində neftin dünya bazarları üzrə orta qiymət səviyyəsi dövlət büdcəmizdə nəzərdə tutulan 70 ABŞ dollarından əlverişli həddə olduğundan buna ehtiyac duyulmur.

Bununla belə, eyni mövzuda şərhlərimdə isə yazmışdım ki, həm bu amil nöqteyi-nəzərindən, həm də dünya iqtisadiyyatında proseslər bəzi hallarda sanki məcrasına qayıdır kimi görünsə də, hər halda büdcədə neftin 1 barel qiymətini 60 dollara salmalı və bu il üçün ölkəmizə qarşı xarici iqtisadi və siyasi faktorlar prizmasından hər hansı şok effekt yarada biləcək qorxulu amil və sair gözlənilməsə də, qiymətin lap 50 dollaradək enəcəyi gedişatına da belə, hazır olmalıyıq.

İqtisadi artımın azalmasına gəldikdə isə, büdcə üzrə cari xərclərin əgər, ən azı 99% hissəsi qeyri-neft-qaz sektorundan əldə edilən gəlirlər hesabına təmin olunsa idi, onda dünya bazarlarında qiymət rəqsləri ölkəmiz üçün heç bir əhəmiyət kəsb etməzdi və edə də bilməzdi.

Təəssüf ki, ölkəmizdə hazırda vəziyyət belə deyil. Lakin, keçən il cari xərclərin 90.1%-i qeyri-neft-qaz sektoru üzrə daxilolmalar hesabına qarşılanıb ki, bunu 100%-ə çatdırmaq hökumət qarşısında duran əsas vəzifələrdən sayılır.

Ümumiyyətlə, hər dəfə qeyd etmişəm və yenə qeyd edirəm ki, ölkəmiz üçün qlobal kataklizmlər zəminində yarana biləcək inflyasiya və yaxud da ABŞ dollarının bahalaşacağı kimi faktorlardan daha çox, əzəldən məhz, neftin 50 dollara qədər enəcəyi qorxusu təhdid və təhlükə xarakteri daşıyır.

Odur ki, biz ən əsası ÜDM istehsalı həcminin artması qayğısına qalmalı və buna da xüsusən, qeyri-neft-qaz sektoru hesabına nail olmalıyıq. O zaman, büdcənin uğurlu icrası da dayanıqlı və davamlı xarakter daşıya bilər.

Hələliksə, gəlirlərin xərcləri yuxarıda qeyd etdiyim kimi 3 milyard manatdan çox üstələdiyinə baxmayaraq, məsələn, icrasına bu ilin əvvəlində start verilmiş sayca 5-ci sosial islahat paketinə əsasən adi təqaüd və müavinətlərin artırılması da belə, yubanır.

Niyə? Çünki dövlət büdcəsi nə qədər uğurla icra olunsa da, ortada xarici təsirlər bucağı sarıdan risk mövcuddur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 İyun 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri