Büdcədə 2 əsas istiqamət üzrə xərclər niyə azalır? AÇIQLAMA
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az-ın xəbərinə görə, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, bu 2 istiqamətdən biri ümumi dövlət xidmətləridir.
"Bu xərclər 5,52 mlrd. manatdan 5,51 mlrd. manata düşərək, 12 mln. manat və ya 0,2% azalıb. Bu, ciddi azalma deyil. Üstəlik bu bölmənin böyük hissəsi yalnız dövlət aparatının saxlanmasına getmir. Məsələn, 2026-cı ildə bu xərclərin 44,6%-i dövlət borcuna xidmətlə bağlı olub".
Ekspert deyib ki, əsas azalma 51% olmaqla başqa istiqamətdədir:
"Belə ki, “Əsas bölmələrə aid edilməyən xidmətlər” üzrə xərclər 1,75 mlrd. manatdan 857,6 mln. manata düşür. Azalma təxminən 895 mln. manat və ya 51%-dir.
2026-cı ildə bu istiqamətə ayrılan 1,75 mlrd. manatın 70%-i bölüşdürülməmiş xərclər idi. Yəni vəsaitin əhəmiyyətli hissəsi əvvəlcədən konkret istiqamətlər üzrə bölüşdürülmürdü.
Hesablama Palatası da belə xərclərin büdcədə payının azaldılması imkanlarının olduğunu qeyd edib. Ona görə də, 51%-lik azalmanı sadəcə xərcin ixtisarı kimi yox, büdcənin optimallaşdırılması, bölüşdürülməmiş vəsaitlərin azaldılması və pulun əvvəlcədən daha konkret istiqamətlər üzrə planlaşdırılması kimi qiymətləndirmək daha doğru olar".
"Əlqərəz, azalma büdcənin cəmi iki əsas xərc istiqamətini əhatə edir. Daxildə konkret hansı alt istiqamətlər üzrə dəyişikliklərin olacağı isə hələ məlum deyil. Ümumi mənzərədə qeyri-adi bir vəziyyət yoxdur. Əksinə, edilməli olan optimallaşdırma aparılır", - deyə E. Əmirov əlavə edib.
Könül
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 18 Sentyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















