Icma.az
close
up
RU
Vüqar Bayramov: Büdcədə proqnozla icra arasında xərclər üzrə iki milyard manatdan çox fərq olub

Vüqar Bayramov: Büdcədə proqnozla icra arasında xərclər üzrə iki milyard manatdan çox fərq olub

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Makroiqtisadi və fiskal proqnozlaşdırma metodologiyasının təkmilləşdirilməsinə ehtiyac var. Demək olar, əksər göstəricilər üzrə proqnoz və hətta yenidən dürüstləşmə ilə icra arasında əhəmiyyətli kənarlaşmalar var. Məsələn, 2024-cü ildə dövlət büdcəsinin ilkin təsdiq olunan xərcləri 36 milyard 763 milyon manat, dürüstləşdirilmiş xərclər 39 milyard 742 milyon manat olsa da, icra 37 milyard 713 milyon manat olub. Yəni proqnoz ilə icra arasında xərclər üzrə iki milyard manatdan çox fərq qeydə alınıb".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, proqnoz büdcə kəsiri ilə real büdcə kəsiri arasında altı dəfə çox kənarlaşma qeydə alınıb:

"Büdcə kəsirinin azaldılması müsbət haldır, ancaq bunun proqnozlarda bu qədər fərqlə qeydə alınması metodologiyanın təkmilləşdirilməsini daha da aktuallaşdırır. 2024-cü ilin dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 29.4, xərclərinin çəkisi isə 29.9 faiz olub. Fiskal xərcləmələrin ÜDM-dəki xüsusi çəkisində artım dinamikası müşahidə edilsə də, hələ də bu göstəricimiz əksər inkişaf etmiş və bir sıra inkişaf etməkdə olan dövlətlərlə müqayisədə aşağıdır. Belə ki, bu göstərici İtaliyada 53.8, Macarıstanda 49.2, Almaniyada 48.4, Braziliyada 45.4, İspaniyada 45.3, Böyük Britaniyada 44.2, Rusiyada 36.5, Qırğızıstanda 35.7, Türkiyədə 33.2 faizdir.

2024-cü ilin fiskal nəticələri göstərir ki, qeyri-neft sektoru üzrə daxilolmalar hələ də büdcənin cari xərclərini ödəmir. Belə ki, qeyri-neft sektoru üzrə daxilolmalar 19 milyard 192 milyon manat olsa da, cari xərclər 21 milyard 343 milyon manat olub. Bu o deməkdir ki, büdcənin qeyri-resurs gəlirləri cari xərclərin ödənilməsi üçün kifayət etmir və bu da qeyri-neft və qaz sektorunun fiskal gəlirlərdə payının daha da artırılmasını aktuallaşdırır".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 May 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri