Icma.az
close
up
RU
Büdcəyə milyardlar, yaradıcılarına mükafat qazandırdı, Rəşid Behbudovu həbsə saldırdı

Büdcəyə milyardlar, yaradıcılarına mükafat qazandırdı, Rəşid Behbudovu həbsə saldırdı

Icma.az, Lent az-ə istinadən bildirir Büdcəyə milyardlar, yaradıcılarına mükafat qazandırdı, Rəşid Behbudovu həbsə saldırdı.

Üzeyir bəy bu prossesdə son ana qədər iştirak etdi

86 dilə dublyaj olunub, 136 ölkədə nümayiş etdirilib, hələ də maraqla izlənir. Səbəbi sadədir, milli kolorit, milli musiqi, filmin xəmirinin mayası Azərbaycandır.

Bu gün də qərbə onun özünü də bezdirən filmlərinin nüsxəsi, yəni onların filmlərinin yamsılanması maraqlı deyil.

Onlara hər millətin özünü – onun dəyərlərini, musiqisini, adət-ənənələrini, mental göstəricilərini və ümumiyyətlə, baxanda bütünlüklə o xalqın özünü göstərən filmlər maraqlıdır. 

Söhbət dahi Üzeyir bəy Hacıbəylinin şinelindən çıxan, bu il yubileyi olan “Arşın mal alan” musiqili komediya filmindən gedir. 

Üzeyir bəyin ayaqqabısını geyindi, yeriyə bilmədi

Arşın mal alan” operettası əsasında bir neçə dəfə film çəkilib. Kinoşünas Aydın Kazımzadənin yazdığına görə, “Arşın mal alan” filmi ilk dəfə 1916-cı ildə ekranlara çıxıb. Rejissor Boris Svetlov tamaşaya baxdıqdan sonra eyniadlı film çəkmək qərarına gəlib. Tamaşada olan aktyorları da filmə çəkib.  Amma film o qədər də uğur qazanmayıb, sadəcə ideya verib. İdeya verib ki, bu əsərdən daha yaxşı kino çəkmək olar. 

1936-cı ildə erməni  rejissor Ruben Mamulyan  “Arşın mal alan”ı  Amerikada ekranlaşdırıb. Təbii ki, öz adlarına çıxmaqla və təbii ki, uğursuz alınıb. Hərə gərək öz yolu ilə getsin, həm də öz ayaqqabısını geyinməklə...

1945-ci ildə rejissor Rza Təhmasib həmkarı Nikolay Leşşenko ilə sırf milli janrda kinokomediya ekranlaşdırıb.

Nəticədə “Arşın mal alan” filmi demək olar ki, bütün dünyanı gəzib. Bu filmə görə rejissorlar R.Təhmasib və N.Leşşenko, bəstəkar Ü.Hacıbəyov, aktyorlardan Rəşid Behbudov (Əsgər), Leyla Bədirbəyli (Gülçöhrə),  Ələkbər Hüseynzadə (Soltan bəy), Münəvvər Kələntərli (Cahan xala) və Lütfəli Abdullayev (Vəli) 1946-cı ildə SSRİ Dövlət mükafatına layiq görüldülər. Mükafat 5 min rublla dəyərləndirilir. Yəni, əslində, film həm yaradıcı heyətə, həm də ümumilikdə yaxşı qazanc gətirib.

İki dildə cəmi 6 milyon rubla başa gələn film, 1946-1948-ci illərdə SSRİ  büdcəsinə 5 milyard rubl qazandırıb.

Yalnız 1945-ci ildə filmi 16,27 milyon tamaşaçı izləyib. Sonradan çox nümayiş olunduğundan say itirilib.

Niyazi və Tofiq Quliyev Rəşid Behbudovu kələyə salıblar

Bu film aktyor-müğənni Rəşid Behbudovun kinoda ilk işidir. Rejissor Rza Təhmasib yenicə populyarlıq qazanmış müğənnini Əsgər roluna yeganə namizəd sayıb.

Rəşid Behbudovu baş rola çəkməyə razı salmaq üçün bəstəkar Tofiq Quliyev Niyazi ilə birlikdə sözün birbaşa mənasında mücadilə aparıblar. 

O vaxtlar Tiflisdə yaşayan Rəşid Bakıda qastrolda olanda ona Əsgər roluna çəkilməyi təklif ediblər. İstəməyib, qastrolu bitirəndən sonra görüblər ki, fikri ciddidir, həqiqətən çıxıb gedir, kələk işlədiblər. Vağzalda elə bir mübahisə salıblar ki, sonu davaya çevrilib, nəticədə polis məsələni aydınlaşdırmaq üçün onları məntəqəyə aparıb, qatar da gedib. Məsələyə rejissor Rza Təhmasib qarışandan sonra Rəşid Behbudov anlayıb ki, kələyə düşüb və nəticədə onu müzikldə çəkilməyə razı salıblar.

Gülçöhrə obrazına da Leyla Bədirbəyli sınaqsız çəkilib. Leyla Bədirbəyli artıq həm teatrda, həm də kinoda obrazlar oynayıb, tanınır, sevilir. Stalin “Arşın mal alan” musiqili komediyasını çox sevdiyindən onun filminin çəkilməsi ilə bağlı göstəriş verir. Üzeyir bəy Hacıbəyli əsas rollara Rəşid Behbudovla Leyla Bədirbəylini seçir. Gülçöhrə roluna 100-dən artıq namizəd var idi. Onların hər biri sınaq çəkilişlərində olmuşdu, ancaq Leyla Bədirbəyli heç bir sınaq çəkilişlərində iştirak etməyib. O, Üzeyir bəyin dəvəti və təşəbbüsü ilə filmə çəkilib. Filmin çəkilişləri yay aylarında Şüvəlanda gedirdi. Sınaq zamanı rol alınmırmış. Bunu görən Üzeyir bəy Leylanı yanına çağırıb, deyir: “Qızım, mən səni bu filmə çəkə bilməyəcəm. Çünki bu rol səndə alınmır”. Leyla qayıdır evə. Gecə nə isə düşünürsə, səhər yenidən gəlir Üzeyir bəyin yanına və onun roluna sonuncu dəfə baxmağı xahiş edir. Bu dəfə Gülçöhrə obrazı uğurlu yaradır. Üzeyir bəy isə “Mən belə dedim ki, gedib öz üzərində çalışasan” deyir.

Soltan bəy obrazında Ələkbər Hüseynzadə filmdən əvvəl 600 dəfə oynayıb.

Rza Təhmasib xatirələrində yazır: “Müharibənin ağır illərində biz filmi Moskvaya təhvil verməyə aparmışdıq. Moskvada vəziyyət çox ağır idi. Bəzi küçələrdə hələ də gedişgəliş bərpa edilməmişdi. Filmi qəbul edən komissiyanın bəzi üzvləri bizi soyuq qarşıladılar. Baxışdan sonra mübahisə qızışdı. Bizi hətta məzəmmət edənlər də oldu. Deyirdilər ki, bu vurhavurda “Arşın mal alan” yeridir?”

Üzeyir bəy şəxsən özü filmin çəkiliş prosesində son ana qədər iştirak edib.

İlk rəy Qlazunovdan - Rusiyada ilk operretdadır

“Arşın mal alan” filmində gözə görünən nə varsa, hamısı təbiidir. Bəzək əşyaları qızıldan, ev əşyaları bahalı materialdandır. Rəşid Behbudovun xatirələrində deyilir ki, çəkilişlərdə istifadə olunan qiymətli əşyalar muzeydən və elan verməklə əhalidən çəkiliş üçün götürülüb.

“Arşın mal alan” operettasını Üzeyir Hacıbəyov 1913-cü ildə Sankt-Peterburq konservatoriyasında oxuyanda yazıb. Əsər Qarabağ reallıqlarından danışır. Yəni süjet ordan götürülüb. Üzeyir bəy həmişə gördüklərini, yaşadıqlarını yazıb, real, səmimi olduğu üçün də əsərləri bu qədər sevilir və yaşayır.

Operettanı tamamladıqdan sonra ilk dəfə Sankt-Peterburq konservatoriyasının direktoru, rus bəstəkarı A.Qlazunova göstərib. A.Qlazunov əsəri çox bəyənib və deyib ki, bu bütün Rusiyada ilk operettadır (faktın babalı öz boynuna). 

"Arşın mal alan" operettasını Bakıya göndərməzdən əvvəl Üzeyir bəy aktyor Hüseynqulu Sarabskiyə 30 iyul 1913-cü il tarixdə Sankt-Peterburqdan məktub göndərib: “Bəradərim Hüseynqulu! Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də "Arşın mal alan"ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. İnşallah, sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyasınız… Mənim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun. Ancaq bir qədər vaxt gözləmək və zəhmət çəkmək lazımdır. Mən Bakıda olarkən öz əsərlərimin qədrini bilmirəmmiş, amma burada bilirəm ki, mənim əsərim gələcəkdə böyük bir iş görəcəkdir!”.

Yeganə nüsxə və “Qızıl siyahı”...

2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında “Arşın mal alan” operettasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. Bu səbəbdən də 1945-ci ildə çəkilən “Arşın mal alan” filmi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Hollywood”da bərpa edilərək rəngli formata salınıb. Doqquz ay çəkən layihə üzərində Asiya, Avropa və Amerikadan olan 157 nəfərlik heyət çalışıb. Onların arasında “Oskar” mükafatına layiq görülmüş peşəkar mütəxəssislərlə yanaşı, Azərbaycanın kino mütəxəssisləri də olub.

Onu da deyim ki, filmin bərpası üçün toz-torpaqlı arxivdə araşdırma zamanı məlum olub ki, 1945-ci ildə çətin tapılan və çox bahalı rəngli kinolentə alınmış filmin yalnız bir nüsxəsi qalıb. O da o qədər nümayiş olunub və sonda arxivə atılıb ki, yararsız vəziyyətə düşüb. Bərpası üzərində iş və işçilər film çəkiləndə olduğundan daha çox olub.

Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından "100 Sevimli film" seçilib. Həmin filmlər üç hissəyə - Qızıl, Gümüş və Bürünc siyahılara ayrılıb. 1945-ci ildə istehsal olunmuş “Arşın Mal Alan” kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə "Qızıl Siyahı"ya daxil edilib.

1945-ci ilin “Arşın mal alan” filminin heç olmasa bir nüsxəsinin qalması böyük şansdır. 1990-cı illərdə Dövlət film fondunda saxlanılan çox film plyonka Rusiya ilə Azərbaycan arasında yoxa çıxıb.

1965-ci ildə “Arşın mal alan” filmi yenidən rəngli versiyada ekranlaşdırılıb, amma bu film onun qədər uğur qazanmayıb. Yəni rəngli olsa da əsərə rəng qatmayıb.  İkinci dəfə Əsgər rolunda Rəşid Behbudov yox, Xalq artisti Həsən Məmmədov çəkilib, Gülçöhrəni isə Leyla Bədirbəyli deyil, Leyla Şıxlinskaya canlandırıb. Digər aktyorlar da fərqli idi.

1971-ci il­də çap olunan “Elm və həyat” jurnalında yazırlar ki, Tofiq Tağızadə rol bölgüsünü düzgün aparmadığı üçün film uğursuzdur.

Tofiq Tağızadə özü isə “Arşın mal alan” haqqında yazır ki, Üzeyir bəy köhnə adət-ənənələrə qarşı çıxıb azad sevgiyə yol açır. Biz də yaradıcı heyətlə düşünüb o ideyanı vurğulamaq üçün əsərə bəzi əlavələr etmişik. Deyir əlavələrin hamısını demək mümkün deyil, amma çalışmışıq əsərə xələl gəlməsin.

Hesab edirəm ki, birinci film olmasaydı, Tofiq Tağızadənin çəkdiyi də uğurlu sayıla bilərdi. İkincinin zəif görünməsi, birincinin daha güclü olmasından irəli gəlir. İstənilən halda, hər ikisi və qayəsi sənətdir. Təki olsun! Bu il hər ikisi yubiley filmidir.

1945-ci ildə çəkilənin 80, 1965-ci ildə ekranlaşdırılanın isə 60 illiyidir.

Ramilə Qurbanlı məxsusi Lent.az üçün

P.S. Yazıdakı faktlara görə M.F.Axundov adına kitabxanaya, şəkillər üçün isə Dövlət film fonduna və Cəmil Quliyevə təşəkkür edirəm.

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://lent.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qərbi Azərbaycan Xronikası: Alçalı Təpə, Amağu, Amasiya Türk tarixinin izi

19 Fevral 2025 01:48see114

“Biz onlardan qorxmuruq” Zelenski

19 Fevral 2025 03:17see113

Zelenski Ərdoğana sığındı: Türkiyə meydana girir

19 Fevral 2025 07:01see112

Avropanın ən güclü iki ordusu var: biri Türkiyə… Zelenski

20 Fevral 2025 01:38see112

Alsu Anastasiya Reşetovanın “tikanlarına” cavab verdi

20 Fevral 2025 01:09see112

Pakistanla strateji tərəfdaşlığın hədəfləri

19 Fevral 2025 08:08see110

Ana dili milli kimliyimizin rəmzidir Deputat yazır

20 Fevral 2025 10:27see110

Rubio: Qərb Rusiyaya qarşı sanksiyaları yenidən nəzərdən keçirməli olacaq

19 Fevral 2025 01:08see110

Azərbaycanda bəzi saytlar hekləndi ARALARINDA MƏŞHUR İNFORMASİYA AGENTLİYİ DƏ VAR FOTO

20 Fevral 2025 12:25see110

Naxçıvan Teatrının təbrizli aktyor rejissoru

20 Fevral 2025 10:52see109

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırladı

19 Fevral 2025 10:50see109

Axtarışda olan 122 nəfər TUTULDU

20 Fevral 2025 10:46see109

Kiyevdə ardıcıl partlayışlar baş verdi

19 Fevral 2025 01:31see109

Xanım sürücünün maşınını təpiklədi

19 Fevral 2025 12:06see108

Makron Putinlə dialoq istəyir

19 Fevral 2025 01:00see108

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see108

Sensasiyalı proqnoz: Yerin daxili nüvəsi yaxın 15 ildə DAYANACAQ

19 Fevral 2025 05:33see108

Ər Riyad danışıqları Avropanı qorxuya salıb “Le Parisien”

19 Fevral 2025 00:08see107

Dünyanın ən səs küylü şəhərinin adı açıqlandı

20 Fevral 2025 12:31see107

Niyə avtobuslarda tərs oturacaqlar var?

19 Fevral 2025 00:18see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri