Icma.az
close
up
RU
COP29 uğurla başa çatdı

COP29 uğurla başa çatdı

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Bütün təzyiqlərə, ayrı-ayrı Qərb dairələrinin riyakarlığına baxmayaraq COP29 uğurla başa çatdı. Ölkəmiz COP29-a yüksək səviyyəli ev sahibliyi etməklə adını tarixə yazdı. İstər təşkilatçılıq baxımından, istər təhlükəsizliyin ən üst səviyyədə təmin olunması baxımından, istərsə də iştirakçılıq baxımından COP29 bir sıra COP tədbirlərini geridə qoydu.
198 tərəfdaş ölkədən 197-nin nümayənələrinin iştirakı, 80 dən artıq dövlətin Prezident, vitse Prezident, Baş nazir səviyyəsində tədbirə qatılması, 76 mindən çox nümayəndənin qeydiyyatdan keçməsi bunun bariz sübutudur.
Ən önəmlisi isə COP29 əldə olunan nəticələrə görə də tarixi tədbir oldu, Belə ki, 10 ildir ki, bütün COP-larda müzakirə olunan, amma ortaq nəticəyə gəlinməyən Paris Sazişinin 6-cı maddəsi ilə bağlı nəhayət ki, razılşama əldə edildi. Bununla da karbon bazarlarını tənzimləyən Paris Sazişinin 6-cı maddəsi ilə bağlı on illik danışıqlar başa çatdı.
COP29 konfransında qəbul edilən yeni maliyyə hədəfi, iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin gücləndirilməsi baxımından tarixi bir qərardır. Bu hədəfə əsasən, inkişaf etmiş ölkələr hər il inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə məqsədilə 100 milyard dollar ayıracaq və bu məbləğ 2035-ci ilədək 300 milyard dollara çatdırılacaq. «Bakı maliyyələşdirmə məqsədləri» (Baku Finance Goal) adlı yeni iqlim maliyyə meyarının yaradılması həqqətən də böyük sıçrayışdır. Bu, əvvəlki 100 milyard dollarlıq hədəfdən üç dəfə çoxdur. Yəni tam məsuliyyəti ilə demək olar ki, COP29-da 300 mlrd. dollar maliyyə hədəfi, həqiqətən, tarixi nailiyyətdir və qarşıdan gələn dövrdə bu məbləğin daha da artırılması üçün zəmin yaradır.
Daha bir uğur «İtki və Zərər» fondunun fəaliyyətə başlaması ilə bağlıdır. COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbrsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olundu. Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyi məbləği 750 milyon ABŞ dollarından artıqdır və bu vəsait 2025-ci ildən etibarən layihələrin maliyyələşdirilməsinə sərf olunacaq.
Ən əsası isə COP29 qlobal iqlim dəyişikliklərlə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülər saldı. Azərbaycanın COP29-a hədəflərdən biri də elə bu idi. ABŞ və ümumilikdə bir sıra Qərb dairələrinin COP29-a mane olmağa çalışmasına baxmayaraq Azərbaycan beynəlxalq səhnədə artan nüfuzunu bir daha təsdiqləyərək, ölkənin strateji əhəmiyyətini daha da gücləndirdi.
Yusif Bağırzadə, politoloq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Noyabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see585

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see561

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see557

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see478

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see473

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see439

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see373

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see365

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see333

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see323

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see317

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see309

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see305

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see297

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see296

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see296

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri