Icma.az
close
up
RU
Bugünlər Azərbaycanın həqiqi müstəqil dövlət olması mübarizəsi gedir ASLAN İSMAYILOV

Bugünlər Azərbaycanın həqiqi müstəqil dövlət olması mübarizəsi gedir ASLAN İSMAYILOV

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın sülh sazişi ətrafında son müzakirəsindən sonra həm Rusiya, həm də Ermənistan mediasında bu prosesi əngəlləyəcək mövqelər ortaya çıxıb.

Baş verənlərin təhlili onu göstərir ki, Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesini əngəlləmək istəyir.

Hüquqşünas Aslan İsmayılov Gununsesi.info-ya açıqlamasında deyib ki, təxminən son 1 ili Rusiya, xüsusilə Putin Qarabağ probleminin həll olunmasında xüsusi rol oynayıb fikri yayılmaqdadı: “Hadisəni izləyənlər nəyin necə olduğunu başa düşsələr də sıravi insanlar bu yalana inanırlar.

Qətiyyətlə bildirirəm ki, Rusiya, xüsusilə Putin heç vaxt Qarabağ probleminin həllində maraqlı olmayıblar, çünki bu problemi onlar Ermənistan və Azərbaycanı öz kölələri kimi saxlamaq üçün yaradıblar. Putin və onu hakimiyyətə gətirən qüvvələr hakimiyyətə gəldiyi ilk günlərdən SSRİ-ni bərpa etməyi qarşılarına məqsəd qoyublar və ilk günlərdən hazırlığa başlayıblar. Yazının həcminə görə çox məsələni sadalamaq fikrim yoxdur. 2014-cü il Krım və Donbası asanlıqla işğal edəndən sonra SSRİ-nin bərpası prosesi sürətlənməyə başladı. Putin və ətrafında olan qüvvələr çox yaxşı başa düşürdülər ki, Ukrayna tam işğal olundan sonra geridə qalan keçmiş SSRİ ölkələrinə qoşun yeritməyə ehtiyac olmayacaq. Həmin ölkələr Ukraynanın gününə düşməmək üçün Rusiyanın bütün tələblərini özləri yerinə yetirəcəklər. Bu ölkələr arasında Putinin ehtiyat etdiyi Azərbaycan olduğundan ona Qarabağ məsələsində güzəşə getməklə İlham Əliyevi müvəqqəti də olsa neytrallaşdırmaq, Qarabağ probleminin hissəvi həllində güzəştə getməyi qərara alaraq Ukraynaya hücumdan əvvəl Rusiya – Azərbaycan arasında strateji tərəfdaşlıq müqaviləsi bağladı. Çoxları bunu anlamasa da əminəm ki, Prezident İlham Əliyev bu gedişi görə-görə buna getdi və bütün davranışı ilə müqavilədən guya məmnun olduğunu göstərməyə başladı. Əminəm ki, bu məsələdə Türkiyənin də öz rolu var idi. Putin bu addımla strateji mövqe tutan Türkiyənin də Ukraynanın işğalında Rusiyanın tərəfində olacağına əmin idi.

İndi isə Qarabağ məsələsinin hissəvi həllində Putinin maraqlarının nədə olduğuna diqqət yetirək. Putin Qarabağ probleminin həllində heç vaxt maraqlı deyildi. Sadəcə Vətən Müharibəsi zamanı Putinin neytral dayanmasında bircə məqsədi var idi. Nəyin bahasına olursa olsun istiqamətini birmənalı Qərbə götürmüş Paşinyanı devirmək. İlk həmlə müharibənin başlanğıcında oldu. Yadınızdadırsa təxminən 10 oktyabr 2020-ci ildə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov az qala 1 sutka ərzində Moskvada müharibənin dayandırılması barədə saziş imzalamaq üçün girov saxlanıldı. Həmin günlər sosial şəbəkələri diqqətlə izləyənlər ölkədə çevriliş əhval ruhiyyəsi olmasını görməmiş olmazlar”.

Aslan İsmayılov deyir ki, son günlər Rusiyasız Əliyev və Paşinyanın iki ölkə arasında bağlanacaq sülh sazişini yaxınlaşdığını görən Putin artıq son həmləsini başlayıb və bunun üçün nəyin bahasına olursa olsun Azərbaycan və Ermənistanda bütün vasitələri ilə aranı qarışdırmaq istəyir: “Heç kim 2024-cü il dekabrında (noyabrında) Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulmasını (bəzi rus şovinistləri isə həyasızcasına hələ də təyyarə vurulub yox, düşüb deyirlər), bütün radarları itmiş Prezident İlham Əliyevin təyyarəsinin yarı yoldan geri dönüb Qazaxıstan üzərindən Azərbaycana qayıtmasını təsadüfi saymasın. Sülh sazişi imzalanmasının yaxın günlərdə həyata keçəcəyini görən Putinin Rusiyada yaşayan, həm də çoxlarının Rusiya vətəndaşları olan azərbaycanlılara qarşı olan vəhşilikləri də hansısa cinayətkarlığa qarşı əməliyyat deyil və bu prosesin hələ uzun zaman davam edəcəyinə əminəm. Hamımız, xüsusilə bu vəhşilikdən əzab çəkən həmvətənlərimiz hər şeyə hazır olmalıdırlar. Hamı bilməlidir ki, bu günlər Azərbaycanın həqiqi müstəqil Dövlət olması mübarizəsi gedir”.

Afət Abbasova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 İyul 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri