Icma.az
close
up
RU
Menu

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

AAYDA ya məxsus bu idarələr ləğv olundu

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiya tam təhlükəsizdir təsəvvürünə artıq heç kim inanmaq istəmir

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

İlham Namiq Kamalın oğlu məzun oldu

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

DÇ 2026 da bu gün hansı oyunlar var? TƏQVİM

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

Güzəştlər sahibkarlara yeni imkanlar yaradır

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Kiyev bölgəsinə gecə hücumu: raketlər və dronlar zərbələri beş rayonda güclü dağıntılara səbəb olub

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

2 əsrə bərabər 22 il

2 əsrə bərabər 22 il

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bu yüksəliş İlham Əliyevin 2003-cü ilin bu günündə Azərbaycan Prezidenti seçilməsindən başlanır  

Prezident kimi xalqa ilk müraciətində “Mən hər bir azərbaycanlının prezidenti olacağam!”, – deyən İlham Əliyevin bu açıqlamanı həqiqətə çevirdiyinə tarix özü şahidlik etdi. Onun bu vədinə tam əməl edəcəyinə hamıdan çox inanan, 42 yaşlı xələfinə bu çətin və məsuliyyətli missiyanı etibar edən ümummilli lider Heydər Əliyev idi.

İnamdan müdrikliyə

2003-cü il seçkiləri ərəfəsində səhhətində yaranmış kəskin problemlə bağlı xaricdə müalicə alan, bu səbəbdən dövlət başçısı postuna irəli sürülmüş namizədliyini geri götürən Prezident Heydər Əliyev oktyabrın 1-də Azərbaycan xalqına müraciətində demişdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn seçkilərdə Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”.

Müdrik və uzaqgörən Ümummilli lider inam və etibarında yanılmamışdı. Dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin siyasət nəhəngi kimi qəbul etdikləri Heydər Əliyevin özünün siyasi varisi elan etdiyi İlham Əliyevlə bağlı dediyi bu sözlər isə ən yüksək əminliklə söylənmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Varis Ulu öndərin axıra çatdıra bilmədiyi bütün planları ardıcıl reallaşdırmaqla yanaşı, ata vəsiyyətini də gerçəyə çevirdi. Xalq isə xilaskar oğlunun – Ümummilli liderin tövsiyəsini eşitdi və son 2 yüz ildə başına gətirilən müsibətlərə, ədalətsizliyə və ən əsası işğala son qoyacaq yeni liderin zəkasına və qətiyyətinə inandı.

Tarixin dönüş anı

Azərbaycan xalqı üçün taleyüklü önəm daşıyan tarixi günlər var. Müəyyən mərhələlərdə həmin günlər onun gələcək həyatını müəyyən edən başlanğıclara çevrilib. Bu mənada oktyabrın 15-i milli təqvimdə xüsusi məna daşıyır. 22 il əvvələ boylananda o günü məhvərindən çıxmış zamanın ədalət çarxının öz yoluna qayıtdığı dönüş anı kimi dəyərləndirə bilərik. Məhz həmin gündən etibarən bölgədə hadisələr stixiyanın diktəsindən çıxaraq təbii axarına qayıtmağa başladı. Bu yolun memarı Ümummilli liderin siyasi kursunun yeganə layiqli davamçısı, xalqımızın 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə yekdilliklə səs verdiyi modern siyasətçi İlham Əliyev idi. Bəli, o, söz verdiyi kimi, həm də bütün azərbaycanlıların prezidentinə çevrildi. Bu gün həmin vədin həqiqət olmasına şahidlik etmək hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Əslində, Azərbaycan xalqı 22 il bundan əvvəl qarşıdakı dövrdə bütün sahələrdə qazanacağı böyük uğurların başlanğıcına səs verdi.

Ölkədə sabitliyin qorunması, sülh danışıqlarında prinsipial mövqe tutulması, ordunun gücləndirilməsi və paralel olaraq xalqa, xüsusilə gənc nəslə Qarabağı və ətraf rayonları öz gücümüzlə işğaldan azad edəcəyimizə inam aşılanmasını İlham Əliyev milli maraqların prioritetinə çevirdi, onları bir an belə gündəmdən çıxmağa qoymadı.

Yeni xilaskarlıq missiyası

2 əsrə bərabər 22 ilin zirvəsində təbii ki, torpaqlarımızın erməni işğalından azad olunması, ərazi bütövlüyü və suverenliyimizin tam bərpası ilə nəticələnmiş Vətən müharibəsində qələbə dayanır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Bu, son 2 yüz ildə qazandığımız və haqqımız olan ən böyük Zəfər oldu. Azərbaycan qalib ölkəyə, xalqımız müzəffər xalqa çevrildi. Məhz bu qələbədən sonra tarixin gedişi öz məhvərinə qayıtdı və bunun sayəsində regionda yeni reallıqlar yarandı. Həm zəfərimizə qədər, həm də ondan sonra İlham Əliyev Azərbaycanı bütün risklərdən, təhlükələrdən qorumağı bacardı.

Ötən iki onillikdə bölgədə və dünyada baş vermiş hadisələr hamımızın xatirindədir. Müxtəlif coğrafiyalarda yaşanan qanlı toqquşmalar, müharibələr, siyasi çevrilişlər, rəngli inqilablar, iqtisadi, maliyyə böhranları Azərbaycandan da yan keçməyə bilərdi. Amma böyük liderin layiqlı varisi özünün qətiyyətli və düşünülmüş daxili və xarici siyasəti ilə xalqımızı və dövlətimizi çıxılmaz bəlalardan qorumaqla yeni xilaskarlıq missiyasını da şərəflə yerinə yetirdi.

İlham Əliyev yaxşı bilirdi ki, təhlükəsizlik, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ona görə onun ölkədə bütün istiqamətlər üzrə apardığı islahatlar, irəli sürdüyü regional və qlobal təşəbbüslər ölkəmizi gücləndirdi, beynəlxalq çəkisini artırdı.

Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşı başlandı və Azərbaycan Ordusu dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, bölgənin döyünən ürəyi olan Şuşanın noyabrın 8-də azad olunması çağdaş tariximizə Zəfər Günü kimi yazıldı. 2 gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.

“Yalnız irəli!”

Dünya hərb tarixində öyrənilən 44 günlük müharibə Prezident İlham Əliyevin daha bir yüksək şəxsi keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. Əməliyyatlara şəxsən nəzarət edən Ali Baş Komandan döyüşən orduya tapşırıqları birbaşa özü verir, qələbə xəbərlərini də xalqına özü çatdırırdı. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı xarici KİV-ə 30-dan çox müsahibə verdi. Bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında əvəzsiz rol oynadı.

İlham Əliyev 22 illik prezidentliyi dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi. Vətən müharibəsində qazanılmış Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Ötən 22 ilə nəzər salsaq, görərik ki, ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı yaxşılaşıb.

İlham Əliyev həm də dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlara yüksəksəviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox layihələrin, inqilabi islahatların müəllifidir. Buna misal olaraq, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini – “ASAN xidmət” mərkəzlərini göstərməyimiz kifayət edər. Daxildə sabitlik, iqtisadi imkanlarının genişləndirilməsi, dünyaya açıqlıq Azərbaycanın beynəlxalq arenadakı mövqeyini də möhkəmləndirib.

Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Ölkəmiz bu gün bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Bakı–Tbilisi–Ərzurum xətti və Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib.

Bunu da əminliklə deyə bilərik ki, bu gün Azərbaycan Türk Dövlətləri Təşkilatının lokomotivi missiyasını öz üzərinə götürüb. İlham Əliyevin sülhə, əməkdaşlığa və balanslaşdırılmış diplomatiyaya söykənən xarici siyasəti təkcə Türk dünyasında deyil, müsəlman Şərqində, Avropada əks-səda verməkdədir.

İrimiqyaslı bərpa-quruculuq

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq işləri tam gücü ilə davam edir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan tezliklə Qarabağı cənnətə çevirəcək və öz ata-baba yurdlarından didərgin düşən keçmiş məcburi köçkünlər doğma ocaqlarına əbədi olaraq qayıdacaqlar. Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri ilə heyrətə salıb. Bu ərazilərdə şəhərlər, kəndlər inşa edilir, yeni yollar çəkilir, elektrik stansiyaları tikilir. İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Keçmiş məcburi köçkünlərin abad edilən yurdlarına dönüşünə hamıdan çox Prezident özü sevinir.

Ötən 22 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib, inanıb və ona dayaq olub. Prezidentimizin böyük fəxrlə bu uğurların təməlində ölkədəki sağlam ictimai-siyasi mühitin, xalq–iqtidar birliyinin dayandığını söyləməsi təsadüfi deyil. Məhz bu qarşılıqlı inam və dəstək sayəsində İlham Əliyevin torpağı ilə bərabər qürurunu özünə qaytardığı xalqını bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacağına inanırıq.

Bunu isə tam əminliklə deyə bilərik: dövlətimiz və xalqımız son 22 ildə zəfərlərlə zəngin bir dövr, baş vermiş hadisələrin miqyasına, qazanılan uğurların tarixi əhəmiyyətinə görə 2 əsrin yaddaşına sığacaq qədər böyük, şanlı bir mərhələ yaşamış oldu.

İmran BƏDİRXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2025 08:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

02 İyul 2026 08:06see597

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see427

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see401

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see354

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 İyul 2026 16:18see294

Rusiya tam təhlükəsizdir təsəvvürünə artıq heç kim inanmaq istəmir

02 İyul 2026 08:31see255

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see218

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see199

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see198

DÇ 2026 da bu gün hansı oyunlar var? TƏQVİM

02 İyul 2026 09:16see190

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

03 İyul 2026 01:54see175

Güzəştlər sahibkarlara yeni imkanlar yaradır

02 İyul 2026 11:44see174

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

03 İyul 2026 02:41see168

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see167

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

03 İyul 2026 07:01see164

Kiyev bölgəsinə gecə hücumu: raketlər və dronlar zərbələri beş rayonda güclü dağıntılara səbəb olub

02 İyul 2026 07:48see164

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

02 İyul 2026 19:25see160

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see160

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

03 İyul 2026 01:52see156

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

03 İyul 2026 01:56see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri