Bülənt Ersoy yeni imici və rəqsi ilə gündəm oldu (Video)
Icma.az, Milli.az saytına istinadən bildirir.
74 yaşlı türkiyəli sənətçi Bülənt Ersoy səhnəyə fərqli görünüşü ilə çıxaraq diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, konsert zamanı yeni obrazda tamaşaçıların qarşısına çıxan ifaçı həm geyim tərzi, həm də imici ilə maraq doğurub. Bülənt Ersoyun mahnılarını ifa edərkən nümayiş etdirdiyi rəqs performansı da izləyicilərin diqqətindən yayınmayıb.
Sənətçinin səhnədəki görüntüləri qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. Paylaşılan videolar minlərlə baxış toplayarkən, istifadəçilər Bülənt Ersoyun yeni görünüşü ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.
Bəziləri sənətçinin enerjisini və səhnə performansını yüksək qiymətləndirib, digərləri isə onun yeni imici ilə bağlı fərqli rəylər yazaraq mövzunu müzakirə ediblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 15 İyul 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















