Icma.az
close
up
RU
“Bulla dəniz”də daha bir quyu

“Bulla dəniz”də daha bir quyu

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

SOCAR AQŞ “Bulla-dəniz” qaz-kondensat yatağının 6 saylı stasionar dəniz özülündən qazılan 118 saylı yüksək təzyiqli maili istismar quyusunda qazma və tamamlama işlərini yekunlaşdırıb.

Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, layihə çərçivəsində yeni quyuda qazma işləri 5 min 800 metr dərinliyədək “açar təhvili” prinsipi əsasında uğurla həyata keçirilib. Daha sonra 5.5 × 7 ölçülü istismar quyruq kəməri endirilərək kipliyə yoxlanılıb və sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyinə təhvil verilib.

Məlumatda qeyd olunub ki, layihənin mühüm nailiyyətlərindən biri kimi quyunun tamamlama dizaynı və əməliyyat addımları optimallaşdırılıb. Bunun nəticəsində “Azneft” İstehsalat Birliyi və Nəriman Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin tarixində ilk dəfə olaraq quyudibi təzyiqi və temperaturu fasiləsiz izləyəcək quyudibi manometr quraşdırılıb. Bu həll hasilatın monitorinqi və quyunun daha səmərəli idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

SOCAR AQŞ-nin baş direktoru Samir Mollayev bununla bağlı deyib: “Bulla-dəniz” yatağının mürəkkəb geoloji xüsusiyyətlərinə və qazma prosesi zamanı müxtəlif dərinliklərdə rast gəlinən texniki çətinliklərə baxmayaraq, layihəni beynəlxalq standartlara uyğun, təhlükəsiz və yüksək keyfiyyətlə həyata keçirdik. Bu nəticə sifarişçimiz və podratçı tərəfdaşlarımızla səmərəli əməkdaşlığın, komandamızın peşəkarlığının və operativ mühəndis qərarlarının məntiqi nəticəsidir”.

Xatırladaq ki, Bakı arxipelaqında yerləşən strateji əhəmiyyətli qaz-kondensat yataqlarından biri olan “Bulla-dəniz” yatağı 1975-ci ildə kəşf edilib. Yatağın işlənilməsi çərçivəsində həyata keçirilən bu layihənin əsas məqsədi qaz ehtiyatlarının daha dəqiq qiymətləndirilməsi və yeni qaz-kondensat quyusunun istismara verilməsi idi.

Yataqda qazma işləri aparan SOCAR AQŞ isə 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Nobel Energy” və “Abşeron Qazma” MMC tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir. Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir. Şirkət 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Avqust 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri