Icma.az
close
up
RU
Buludlardan deyil: İldırımın əslində haradan düşdüyü AÇIQLANDI

Buludlardan deyil: İldırımın əslində haradan düşdüyü AÇIQLANDI

Lent az saytına istinadən Icma.az xəbər verir.

Əksər insanlar ildırımın buludlardan yerə çaxdığını düşünür. Lakin meteoroloqlar bildirirlər ki, insan gözünün gördüyü parlaq işıq əslində əks istiqamətdə, yerdən buluda doğru hərəkət edir.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti və Ukrayna Milli Elmlər Akademiyasının Hidrometeorologiya İnstitutunun Atmosfer Fizikası şöbəsinin müdiri, coğrafiya elmləri namizədi Vitali Şpiq məlumat verib.

Alimin sözlərinə görə, proses buluddan deyil, mənfi yüklü buludun yerə doğru göndərdiyi, gözlə görünməyən "pilləli lider" adlanan elektrik axını ilə başlayır. Bu elektron axını təxminən saniyədə 150 kilometr sürətlə yerə doğru hərəkət edərək elektrik boşalması üçün yol açır.

Yer müsbət yüklü olduğu üçün buludla qarşılıqlı təsirə girir. "Pilləli lider"in qollarından biri yerə çatdığı anda yerdən buluda doğru son dərəcə güclü əks elektrik axını yaranır. İnsanların ildırım kimi gördüyü parlaq işıq da məhz bu mərhələdə meydana çıxır.

"İnsan gözünün gördüyü boşalma demək olar ki, işıq sürəti ilə hərəkət edir. Lakin görünən işıq buluddan yerə deyil, yerdən buluda doğru gedir. Gördüyümüz ildırım ionların və fotonların əks axınıdır və aşağıdan yuxarı istiqamətdə baş verir", – Vitali Şpiq bildirib.

Mütəxəssis qeyd edib ki, bu güclü elektrik boşalması zamanı cərəyanın gücü yüz minlərlə amperə çata bilir. Nəticədə hava ani şəkildə minlərlə dərəcə qızır, sürətlə genişlənir və bu da göy gurultusunun yaranmasına səbəb olur.

Meteoroloqun sözlərinə görə, ildırımın göydən yerə çaxdığı təəssüratı insan gözünün çox sürətli elektrik proseslərini tam ayırd edə bilməməsi ilə əlaqədardır. Görünən parlaq işıq əslində prosesin son mərhələsidir.

Qeyd edək ki, son günlər Avropanın bəzi bölgələrində qeyri-sabit hava şəraiti müşahidə olunur. İspaniyanın turistlər arasında məşhur olan Xaen şəhərində güclü leysan nəticəsində küçələr su altında qalıb, sel suları avtomobilləri basıb və piyadaların hərəkətini çətinləşdirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 İyun 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri