Icma.az
close
up
RU
Bulvarda “CandyFest” coşqusu: Sirk ustaları, şoular və əyləncə bir məkanda

Bulvarda “CandyFest” coşqusu: Sirk ustaları, şoular və əyləncə bir məkanda

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı Bulvarında yeni festival başlayır

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 1-dən etibarən Dənizkənarı Milli Parkda növbəti irimiqyaslı festivala start verilir. Bu gündən etibarən Bakı Bulvarı iki ay ərzində şəhərin ən rəngarəng, ən yaddaqalan və ən əyləncəli məkanına çevrilir.

AZƏRTAC xəbər verir ki, bu dəfə Bakı Bulvarının ənənəvi yarmarka məkanı “CandyFest” yay festivalı üçün xüsusi olaraq hazırlanıb. Yayın ən müxtəlif dadlarını, rənglərini və əhvalını əks etdirən “CandyFest” iyul ayının sonunadək ziyarətçilərin ixtiyarında olacaq.

Festival hər yaşdan olan qonaqlara unudulmaz təəssüratlar yaşadacaq: müxtəlif mövzulu və rəngarəng dizayna malik satış köşklərində yayın ən müxtəlif dadları, əyləncə və oyunlar, canlı tamaşalar və s. ziyarətçilərə təqdim olunur.

Hər gün saat 17:00-dan 19:00-dək uşaqlar üçün maraqlı tamaşalar, interaktiv oyunlar və müxtəlif əyləncə proqramları təşkil ediləcək.“CandyFest”də əsas diqqət çəkən məqamlarından biri buradakı 1500 nəfərlik açıq hava amfiteatrıdır. Burada ilk dəfə olaraq ziyarətçilərə su sirki və möhtəşəm şou təqdim olunur. Xüsusi vizual həllər və musiqi müşayiəti ilə təqdim olunacaq proqram hər gün saat 20:30-da başlayacaq və 75 dəqiqə ərzində izləyiciləri fərqli bir dünyaya səyahətə aparacaq.

Saat 23:00-dan etibarən isə su sirki böyüklər üçün xüsusi musiqili proqramlarla davam edəcək.

Festivala giriş sərbəstdir. Axşam saatlarında açıq hava amfiteatrında keçirilən su sirki şoularına biletləri şəhərin kassalarından əldə etmək mümkündür.

Müxbir - Gülay Nəzərova

Fotomüxbir - Səfiyar Məcnun

Operator - Şövqi Əzizov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri