Icma.az
close
up
RU
Dreamland Baku”: Bir məkanda istirahət, əyləncə və qolf

Dreamland Baku”: Bir məkanda istirahət, əyləncə və qolf

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Dreamland”i fərqli edən üstünlüklər hansılardır? Gəlin, yaxından tanış olaq

Bakı, 20 avqust, AZƏRTAC

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: “Dreamland Baku”.

İstirahət, idman və əyləncəni bir məkanda birləşdirən “Dreamland Baku” gününü həm aktiv, həm də xoş keçirmək istəyənlər üçün ideal seçimlərdən biridir. Beynəlxalq Hava Limanından cəmi 5 dəqiqə, şəhər mərkəzindən isə təxminən 23 dəqiqə məsafədə yerləşən “Dreamland” 330 hektarlıq geniş ərazini əhatə edir. Kompleksin əsas üstünlüklərindən biri müxtəlif yaş qrupları və fərqli maraqlara sahib qonaqlar üçün seçim imkanlarının geniş olmasıdır.

“Mən turist olsaydım...” “Dreamland”də bir gününüz necə keçərdi?

“Dreamland”ə turist kimi gəlsəniz, günə qolf sahəsinin mənzərəsi fonunda sakit səhər yeməyi ilə başlaya bilərsiniz. Ardınca Qolf Akademiyasında bu idmanı sınamaq və ya “Dream Body Athletic Club & SPA”da istirahətə vaxt ayırmaq olar.

Günün ikinci yarısında ailə ilə “Dream” Əyləncə Mərkəzinə keçərək fərqli əyləncə imkanlarından yararlana bilərsiniz. Uşaqlar “Softplay” zonasında əylənərkən, böyüklər trampolin və HADO kimi daha dinamik fəaliyyətləri sınaya bilərlər.

Axşam saatlarında isə “Kaşıbeyaz” restoranında ənənəvi Qaziantep mətbəxinin seçmə ləzzətlərindən dadaraq günü xoş bir şam yeməyi ilə tamamlaya bilərsiniz. Üstəlik, bütün bu təcrübələri Bakının yaxınlığında, tək bir məkanda yaşamaq mümkündür.

Bir məkanda fərqli istirahət imkanları

“Dreamland” konsepsiyasını fərqləndirən əsas cəhətlərdən biri müxtəlif xidmət və məkanların bir kompleks daxilində cəmlənməsidir. Müasir villalar və mənzillərlə yanaşı, restoranlar, əyləncə mərkəzləri, idman və sağlamlıq obyektləri, tədbir məkanları və qolf infrastrukturu qonaqlara geniş seçim təqdim edir. Bu üstünlüklər “Dreamland”i yalnız yaşayış kompleksi kimi deyil, həm də müxtəlif fəaliyyətləri bir araya gətirən müasir həyat tərzi məkanı kimi fərqləndirir.

Tədbirlər üçün zövqlü və komfortlu məkanlar

Eksklüzivliyi və zərifliyi ön planda tutan “Dreamland” müxtəlif formatlı tədbirlər üçün də imkanlar yaradır. Burada işgüzar görüşlərdən tutmuş şəxsi tədbirlərə, xüsusi günlərdən korporativ toplantılara qədər fərqli formatlar üçün komfortlu və peşəkar mühit formalaşdırılıb. Kompleksin restoran infrastrukturu da bu təcrübəni tamamlayır. “Dreamland”in premium restoranlarından biri olan “Kaşıbeyaz” müasir dizaynı və ənənəvi Qaziantep mətbəxinin seçmə ləzzətləri ilə seçilir.

Qolf həvəskarları üçün xüsusi ünvan

“Dreamland”in ən diqqətçəkən məkanlarından biri, şübhəsiz ki, buradakı qolf klubudur. Məşhur qolf memarı Cynthia Dye tərəfindən dizayn edilən 18 dəlikli qolf sahəsi yüksəksəviyyəli infrastrukturu ilə Azərbaycanın aparıcı qolf məkanları sırasında yer alır.

“Dreamland” qolf klubu beynəlxalq səviyyədə də diqqət çəkərək Avropanın Top 100 qolf sahəsi siyahısında 68-ci pillədə qərarlaşıb və “Azərbaycanın ən yaxşı qolf sahəsi” adına layiq görülüb.

Məkan həm peşəkar qolfçular, həm də bu idmana yeni başlayanlar üçün mükəmməl təcrübə və öyrənmək imkanı təqdim edir.

Ailəvi əyləncənin ünvanı

“Dreamland”də uşaqların və böyüklərin maraqları da diqqətdən kənarda qalmır. 7 min 500 kvadratmetr sahəni əhatə edən “Dream” Əyləncə Mərkəzi müxtəlif yaş qrupları üçün zəngin əyləncə imkanları təqdim edir.

Mərkəzin əsas cazibə nöqtəsi regionun ən böyük trampolin arenalarından biridir. Burada aktivlik və adrenalin həvəskarları üçün dinamik və əyləncəli mühit yaradılıb. Kiçikyaşlı qonaqlar üçün isə rəngarəng və təhlükəsiz “Softplay” zonası fəaliyyət göstərir. Beləliklə, ailənin hər bir üzvü öz marağına uyğun istirahət edə bilər.

Azərbaycanda HADO üçün ilk rəsmi məkan

“Dream” Əyləncə Mərkəzini fərqləndirən daha bir xüsusiyyət HADO oyunudur. “Dreamland” Əyləncə Mərkəzi HADO-nun Azərbaycanda rəsmi distribütoru kimi fəaliyyət göstərir və ölkədə bu oyun üçün ilk və yeganə rəsmi məkan burada yaradılıb.

Artırılmış Reallıq (AR) texnologiyasına əsaslanan HADO ənənəvi idman, texnologiya və komanda oyununu bir araya gətirir. Oyunun əsas xüsusiyyəti iştirakçıların fiziki hərəkətlərlə yanaşı, texnoloji imkanlardan istifadə etməsidir.

Bu baxımdan HADO həm dost qrupları, həm ailələr, həm də yeni və fərqli əyləncə axtaranlar üçün maraqlı seçimdir.

Sağlamlıq və aktiv həyat tərzi — “Dream Body Athletic Club & SPA”

İstirahətin sağlam həyat tərzi ilə tamamlanmasını istəyənlər üçün “Dream Body Athletic Club & SPA” xüsusi imkanlar təqdim edir. Mərkəz müasir yanaşması, funksional infrastrukturu və rahat atmosferi ilə seçilir. Unikal dizayn və eksklüziv mühit burada idmanla məşğul olmaqla yanaşı, gündəlik həyatın tempindən uzaqlaşaraq dincəlməyə də imkan yaradır. SPA bölməsi isə rahatlığın və yenilənmənin vacib hissəsi kimi qonaqlara günün yorğunluğunu atmaq, bədən və ruhun harmoniyasını bərpa etmək üçün geniş imkanlar təqdim edir.

Qolf mənzərəli rahatlıq: “Dreamland Golf Hotel”

“Dreamland”də istirahət etmək istəyən qonaqlar üçün “Dreamland Golf Hotel” də xüsusi seçimdir. Müasir dizayna malik hotel yalnız qolf həvəskarları üçün deyil, Azərbaycanın müxtəlif bölgələrindən gələn qonaqlar üçün də rahat istirahət imkanı yaradır. Abşeron yarımadasının havasında, qolf sahəsinin mənzərəsi fonunda sakit və komfortlu vaxt keçirmək burada istirahətin əsas üstünlüklərindən biridir.

Hotel qonaqları “Dreamland” Qolf Akademiyasından, restoranlardan və müxtəlif yemək-əyləncə məkanlarından istifadə etməklə günlərini daha dolğun keçirə bilərlər.

Müxbir-Gülay Nəzərova

Fotoqraf – Azər İbrahimov

Videooperatorlar – İlham Nadirov, Ələkbər Baxşıyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Avqust 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri