Bulvarda yeni elektrikli faytonlar: Gəzmək 40 manatdır (Video)
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı Bulvarında istifadəyə verilən yeni elektrik faytonlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, videonu jurnalist Əzizə İsmayılova paylaşıb. Onun yaydığı görüntülərdə atlardan istifadə olunmadan hərəkət edən müasir elektrik fayton əks olunub.
Paylaşımda bildirilib ki, yeni elektrik faytonlarla gəzintinin qiyməti 40 manat təşkil edir. Məhz bu məbləğ və faytonların fərqli dizaynı sosial media istifadəçilərinin diqqətini cəlb edib.
Görüntülər qısa zamanda geniş yayılaraq müxtəlif rəylərə səbəb olub. Bəzi istifadəçilər atlardan istifadə edilməməsini müasir və heyvanlara qarşı daha humanist yanaşma kimi qiymətləndiriblər. Digərləri isə gəzinti üçün müəyyən olunan qiymətin yüksək olduğunu qeyd ediblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 08 İyul 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















